Elm və təhsil
Azərbaycanda məktəblərdə qəfil yoxlamalar başladı
Azərbaycanın bir neçə rayonun məktəblərində yuxarı sinif şagirdləri arasında kütləvi yoxlamalara start verilib.
Publika.az xəbər verir ki, yoxlamalar əsasən Abşeron, Sumqayıt və ətraf ərazilərdə yerləşən təhsil müəssisələrini əhatə edir.
Hüquq-mühafizə orqanlarının əməkdaşları məktəblərdə şagirdlərin çantalarını və üzərlərində olan əşyaları yoxlayaraq qadağan olunmuş predmetlərin olub-olmamasını araşdırırlar. Bu predmetlərə kəsici-deşici alətlər, tütün məmulatları və digər təhlükəli vasitələr daxildir.
Son günlər müəllimlər valideynlərə müraciət edərək uşaqların məktəbə getməzdən əvvəl çantalarının yoxlanılmasını tövsiyə edirlər. Bildirilir ki, bu tədbirlər məktəblərdə son vaxtlar baş verən insidentlərin artması ilə əlaqədardır.
Gözlənilməz yoxlamalar çərçivəsində yetkinlik yaşına çatmayanlarla iş üzrə inspektorlar dərs zamanı siniflərə daxil olaraq şagirdlər üzərində baxış keçirirlər. Qadağan olunmuş əşyalar aşkar edilən şagirdlər əlavə söhbət üçün ayrılır, hadisə ilə bağlı məktəb rəhbərliyi və valideynlər dərhal məlumatlandırılır.
Xatırladaq ki, bir neçə gün əvvəl Bakının 286 nömrəli orta məktəbində 9-cu sinif şagirdi sinif yoldaşının üzərinə spirt tökərək onu yandırıb. Hadisədən sonra məktəb rəhbərliyi dərhal təcili tibbi yardım çağırıb, zərərçəkənə ilkin yardım göstərildikdən sonra o, xəstəxanaya yerləşdirilib.
Faktla bağlı şübhəli şəxs polis tərəfindən saxlanılıb, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
-
Sağlamlıq05:45Dietoloq almanın əsl faydalarını açıqladı
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
-
Sosial22 Oktyabr 23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO














.png)





















