Elm və təhsil
Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm körpüdür
“Kitabi-Dədə Qorqud” dastanından danışarkən onun ədəbi müstəvidə “Körpüsalan” anlayışı ilə tam şəkildə ifadə etmək doğru olar. Körpülər üzərindən hər zaman hər iki tərəfdən keçilir və “Kitabi-Dədə Qorqud” dastanı da məhz belə bir funksiya yerinə yetirir.
Publika.az xəbər verir ki, bu barədə Humboldt Universitetinin professoru Eva-Maria Aux media nümayəndələrinə müsahibəsində deyib.
Professor bildirib ki, bu dastan istər Qərbi Avropa, o cümlədən Almaniya, istərsə də Azərbaycan, yəni Qafqaz-Mərkəzi Asiya bölgələrində insanları qarşılaşdırmaqla, ümumbəşəri, insani dəyərlərin həm alman tarixində, həm də Azərbaycan tarixində çoxlu ortaq yönlərin olduğunu dərk etməyə imkan verir. “Ədəbiyyatda bunun bir-birinə çox bənzəyən nümunələri var və “Dədə Qorqud”un “Nibelunqlar”la, qədim yunan mifologiyasının antik irsi ilə müqayisəsini çox məhsuldar hesab edirəm. Biz sadəcə insan olduğumuzu və münaqişə situasiyalarında, sevgidə, ailədə, qardaşlıqda bənzər şəkildə eyni dərəcədə fəaliyyət göstərdiyimizi dərk edirik. Fikrimcə, birləşdirici olan budur.
“Digər tərəf isə odur ki, biz bu gün bu körpüləri institusional, insani təmaslar vasitəsilə qurmalıyıq. Bu o deməkdir ki, bizə birgə tədqiqatlar, birgə tədqiqat mövzuları lazımdır. Bizə təkcə alimlərin deyil, həm də populyar-kütləvi sahədə də görüşlər, təmaslar lazımdır ki, Almaniyadakı uşaqlar da “Dədə Qorqud”u oxuya bilsinlər”, - deyə Eva-Maria Aux bildirib.
-
Ekologiya17:13Bu ərazilərə qar yağır - Faktiki hava
-
İdman16:21“Fənərbağça”nın baş məşqçisi: "Qarabağ” komandasını izləyirəm
-
Hadisə16:12DİN əməliyyatlar keçirdi, saxlanılanlar arasında İran vətəndaşı da var
-
Avropa15:35Fransada dəhşət: Yeniyetmələr məktəbi yandırdılar
-
MDB14:30Rusiya: 1 günə 70 bina ələ keçirmişik
-
MDB13:50Rusiya Xarkovda daha bir kəndi zəbt etdi
-
MDB13:25Məşhur sovet psixoterapevti vəfat etdi
-
Ekologiya13:20Bakıda betonun üstündə yaşıllıq axtarışı: Plan baş tutacaq?










.jpg)























