Enerji
Dekabrın 15-dən Bakıda istilik kəsilə bilər – XƏBƏRDARLIQ
"Azəriqaz" İstehsalat Birliyi olaraq aldığımız qazın dəyərinin 100% ödənişini həyata keçiririk. İstənilən təşkilat qazın satışını həyata keçirdikdən sonra 30 gün müddətində ödənişi həyata keçirməlidir. Qazın ödənişi edilmədiyi halda, qərara əsasən, qazın verilişi dayandırılmalıdır.
Publika.az xəbər verir ki, bunu "Azəriqaz" İstehsalat Birliyinin Baş direktoru Ruslan Əliyev deyib.
Onun sözlərinə görə, "Azəristiliktəchizat"a 15 dekabradək "Azəriqaz" İstehsalat Birliyinə ödəniş etməsi üçün vaxt verilib: "Dövlət tərəfindən verilən tapşırığa görə, "Azəristiliktəchizat"a yardım olunur. Bu yardım hər ilin sonu, noyabr ayında həyata keçirilir. Lakin hər qurum işini elə formada qurmalıdır ki, aldığı məhsulun dəyərini ödəyə bilsin. "Azəristiliktəchizat"la abonent arasında bağlanmış müqaviləyə görə, abonenti istiliklə təmin etməlidir. Abonent üçün fərqi yoxdur qurumun qaz borcu var, yaxud qazı haradan alır. "Azəristiliktəchizat"la müqaviləmizə əsasən, qaz satışı həyata keçirib məbləği tələb edirik. Hər ikisi dövlət təşkilatı olduğu üçün güzəştə getdik. 15 dekabradək qazın sərfiyyat ödənişini həyata keçirməlidirlər ki, il sonu problem yaşamayaq. Amma buna baxmayaraq, "Azəristiliktəchizat"a satdığımız qazın dəyərini topdansatışçıya ödəmişik. Çünki topdansatışçı bunu bizdən tələb edir. Məsələ 15 dekabradək öz həllini tapacaq. Ona qədər də "Azəristiliktəchizat" ödənişini etməlidir, əks halda ona qazın verilişinin dayandırılacağı ilə bağlı xəbərdarlıq edilib".
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı















.jpg)









.jpg)









