Enerji
ABŞ-ın Maduro əməliyyatı - Neft bazarının aqibəti necə olacaq?
ABŞ prezidenti Donald Tramp Venesuelada həyata keçirilən əməliyyatlardan sonra ölkənin neft sənayesinə “çox güclü şəkildə” daxil olacaqlarını vurğulayıb. Onun bu çıxışı Venesuelanın neft ehtiyatları ilə bağlı müzakirələri artırıb.
Bəs ABŞ-ın Venesuela neftinə nəzarəti ələ keçirməsi qlobal neft bazarına necə təsir göstərəcək? Qarşıdakı aylarda neft qiymətində ucuzlaşma müşahidə oluna bilər?
Neft Araşdırmaları Mərkəzinin rəhbəri, tanınmış ekspert İlham Şaban Publika.az-a açıqlamasında məsələyə aydınlıq gətirdi.
O qeyd etdi ki, Venesuela neftinin çıxarılmasının sürətləndirilməsi, idarə edilməsi və ixracının yenidən təşkili üçün yerli hökumətin bir sıra qanunlara dəyişikliklər etməsi lazımdır:
"Ümumilikdə ABŞ şirkətlərinin Venesuelanın neft sənayesində aktivliyi üçün legitim hakimiyyətin qərarları lazımdır. Təbii ki, buna da müəyyən zaman tələb olunur. Venesuela hazırda gündəlik olaraq ortalama 900 min barel neft istehsal edir, amma ixraca yönəldilən həcmlər 700 min bareldən aşağıdır. Hazırda dünyada gündə 103 milyon bareldən çox neft hasil edilir. Yəni ümumi hasilatda Venesuelanın payı cəmi 0,87 faiz ətrafındadır.
Həmçinin, Venesuela neftinin 85 faizi cəmi bir ölkəyə - Çinə ixrac edilir. 5 faizi isə Kubaya yönəldilir. Bu da Venesuelaya qarşı ABŞ sanksiyalarının təsirindən qaynaqlanır. Yəni real olaraq digər ölkələrə təqribən günlük 70 min barel neft satılır. Bu da çox cüzi həcmdir. Venesuela neftinə dünya bazarında ciddi tələbat da olmayıb, çünki ağır, yüksək kükürdlü neftin bazarda alıcıları çox deyil. Bunun üçün məhz ağır neftin emalı üçün nəzərdə tutulan neft emalı zavodları olmalıdır. Ona görə də Venesuela nefti xeyli ucuz qiymətə satılan neft markası hesab edilir".

Ekspertin sözlərinə görə, Venesuela neftinə tələb az olduğundan son hadisələrin neft qiymətlərinə təsiri uzunmüddətli olmayacaq:
"Qısa müddətdə Venesuela neftinə qarşı sanksiyalar götürülsə, ABŞ şirkətləri işlərə cəlb edilsə belə, orada hasilatı cari ilin ortasında cəmi 25-30 faiz artırmaq münkündür. Bu isə qlobal bazar üçün təsir gücü olan bir həcm deyil.
Bu həftə neft qiymətlərinin azalmağa başlayacağını istisma etmirəm. Çünki Venesuela hadisələrinin bazara emosional təsiri bir reallıqdır, amma sadəcə müvəqqəti xarakter daşıyacaq amildir. Çünki bazarlarda vəziyyətə daha çox OPEC+ ölkələrinin çıxardığı qərarlar və atdığı addımlar təsir edir".
Roza Şəfiyeva
-
Sosial15:47Buna görə Azərbaycan dünyada ilk iyirmi beşlikdə qərarlaşıb
-
Dünya13:42Afrika toqquşma meydanına çevriləcək – Rusiyadan QORXULU PROQNOZ
-
Dünya12:38Şahın oğlu Trampı gözləyir: İranda şok çevriliş planı
-
Magazin111:44Nurullayevlərin dəbdəbəli toyu - Aygün Kazımovaya 100 min, Nanəyə isə... - FOTO
-
Ekologiya11:20Bu ölkə od tutub yanır: Görün neçə dərəcə isti qeydə alındı
-
Nida Xəbər 10:56Dubayda toy edən Nurullayevi Piterdə niyə döymüşdülər? - FOTO
-
İdman10:32Messi qəribə xasiyyətindən danışdı: Şərab və soda içirəm ki...
-
Maraq dünyası09:12Ən saxtakar bürclər - Onlara etibar etmək olmaz












.jpg)

























.jpg)
