Enerji
Sumqayıtda leysana görə elektrik şəbəkəsində fasilələr yarandı
"Azərişıq" ASC və FHN əməkdaşları Sumqayıtda yarımstasiya və TM ərazilərinin sel sularından təmizlənməsi prossesini davam etdirir.
"Azərişıq" ASC-dən Publika.az-a verilən məlumata görə, bir neçə gündür ölkə ərazisində davam edən intensiv xarakterli yağıntılar bir sıra ərazilərdə, eləcə də Sumqayıt Elektrik Şəbəkəsinin (EŞ) bəzi ərazilərində elektrik enerjisinin verilişində qısa müddətli məhdudiyyət yaradıb.
Buna səbəb leysan xarakterli yağışların yağması nəticəsində yağış sularının ətraf ərazilərə və eləcədə elektrik yarımstansiyalarına, Paylayıcı Qurğulara (PQ), Transformator Məntəqələrinə (TM) dolmasıdır.
Qəza halları nəticəsində Sumqayıtda bir neçə küçədə və Corat qəsəbəsində 21-ci məhəllənin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyətlər yaranıb.
İntensiv yağışların davam etməsi, bir çox ərazilərdə keçilməz gölməçələrin əmələ gəlməsi və yağış sularının ərazilərdən təmizlənməsi "Azərişıq” ASC əməkdaşlarına əlavə problem yaradır. Bütün çətinliklərə baxmayaraq FHN əməkdaşlarının köməkliyi ilə “Azərişıq” ASC-nin əməkdaşları böyük fədakarlıqla yaranan qəzaları aradan qaldırmaq üçün fasiləsiz çalışır. Qabaqlayıcı tədbirlər həyata keçirilir, yağış sularının ərazidən kənarlaşdırılması, eləcə də güc mərkəzlərində təmir-bərpa işləri davam etdirilir. Hissə-hissə ərazilərin elektirk enerjisi ilə təminatı həyata keçirilir.
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika23 Oktyabr 16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı









.jpg)



























