Enerji
BP-dən Azərbaycanla bağlı YENİ TƏKLİF
Britaniyanın "British Petroleum" (BP) neft-qaz korporasiyası Qazaxıstan və Türkmənistandan qazın Azərbaycan ərazisi ilə Cənub Qaz Dəhlizi (CQD) vasitəsilə ixracı üçün nəzərdə tutulan yeni enerji marşrutunun yaradılmasında iştirak etməyə hazırdır.
Publika.az xəbər verir ki, bunu "BP Azerbaijan" şirkətinin baş geoloqu Bağır İbrahimov deyib.
O bildirib ki, martın sonunda BP-nin regional rəhbərliyi "Azərbaycan-Qazaxıstan-Türkmənistan" enerji dəhlizinin yaradılmasında Qazaxıstanın mühüm rolunu təsdiqləyib.
"BP Azərbaycanda topladığı təcrübəni sinxronlaşdırılmış infrastrukturun qurulmasında tətbiq etməyi planlaşdırır. Nəticədə Qazaxıstan və Türkmənistandan qazın Xəzər dənizi vasitəsilə nəql edilməsi və sonradan Cənub Qaz Dəhlizinə (CQD) qoşulması mümkün olacaq", - B.İbrahimov vurğulayıb.
Onun qiymətləndirməsinə görə, 2030-cu ilə qədər bu dəhliz Avropaya enerji tədarüklərinin şaxələndirilməsi üçün mühüm vasitələrdən birinə çevrilə bilər, üstəlik Qazaxıstan hasilatın əhəmiyyətli hissəsini təmin etmək potensialına malikdir.
B.İbrahimov xatırladıb ki, Qazaxıstanın "KazMunayQaz" (KMQ) milli şirkəti və "BP Exploration Operating Company Limited" Qazaxıstanın Mangistau vilayətində yerləşən perspektivli "Üstyurt" blokunun geoloji kəşfiyyatı və işlənməsi sahəsində əməkdaşlığa dair saziş imzalayıb.
Geoloq qeyd edib ki, dəhlizin inkişafına töhfə verən elementlərdən biri BP və "KazMunayQaz"ın Qazaxıstanın resurs bazasının artırılması üzrə birgə fəaliyyəti olacaq.
"Layihə Qazaxıstanın qərbindəki Üstyurt hövzəsində - ilkin qiymətləndirmələrə görə, böyük həcmdə kəşf edilməmiş qaz ehtiyatlarının cəmləşdiyi regionda genişmiqyaslı geoloji kəşfiyyat işlərinin aparılmasını nəzərdə tutur. Çoxillik proqram 2D və 3D seysmik tədqiqatların aparılmasını, həmçinin 2026-2029-cu illər ərzində bir sıra dərin kəşfiyyat quyularının qazılmasını əhatə edir", - geoloq vurğulayıb.
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika23 Oktyabr 16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı









.jpg)


























