Enerji
Hörmüz böhranı Avropanı çətin vəziyyətə saldı: Azərbaycan üçün inanılmaz imkan
Hörmüz boğazı ətrafında artan geosiyasi gərginlik və xüsusilə İran, İsrail və ABŞ arasında baş verən qarşıdurma qlobal enerji və logistika zəncirlərinə ciddi təsir göstərir. Bu vəziyyət xüsusilə aviasiya sektorunda yanacaq təchizatında boşluqlar yaradaraq Avropa bazarında yeni alternativ axtarışlarını sürətləndirir. Mövcud şərait isə enerji ixrac edən ölkələr üçün potensial imkan pəncərəsi yaradır.
Azərbaycan yaranmış bu vəziyyətdən istifadə edərək Avropa üçün alternativ təyyarə yanacağı tədarükçüsünə çevrilə bilərmi?
Məsələ ilə bağlı Publika.az-a açıqlama verən enerji məsələləri üzrə ekspert Zəfər Vəliyev bildirdi ki, Yaxın Şərqdəki böhran, son on ildə Avropada yeni iqlim tələbləri və enerji keçidi səbəbilə neft emalı güclərinin bağlanması, eləcə də Yaxın Şərqdən gətirilən kerosindən asılılığın artması Avropanın enerji təchizatının nə qədər zəif olduğunu üzə çıxarıb.
“ABŞ və İsrailin İranla apardığı müharibə və Hörmüz boğazının bağlanması, Yaxın Şərqdən neft məhsullarının təchizatını kəsdiyi üçün qısa zamanda Avropa ölkələri aviasiya yanacağı böhranı ilə üzləşdi. Hörmüz boğazının bağlanmasının ardınca qlobal neft və tanker balansının pozulması, Avropadakı neft emalı güclərinin gündəlik xammalla yüklənməsində yaşanan problemlər, açıq rəngli neft məhsullarının idxalına artan etibar Avropa ölkələrini məhdud alternativ mənbələr və Asiya enerji bazarları ilə artan rəqabətlə son dərəcədə həssas vəziyyətə saldı.
Avropa Yanacaq İstehsalçıları Assosiasiyasının məlumatına görə, 2009-cu ildə Avropada 100 neft emalı zavodu fəaliyyət göstərdiyi halda, 2026-cı ildə onların sayı 28 ədəd azalaraq 72-yə düşüb. Beynəlxalq Enerji Agentliyinin məlumatına görə, keçən il Avropa istehlak etdiyi təyyarə yanacağının təxminən üçdə birini idxal edib, idxalın 75 faizi Yaxın Şərqdəndir”.

Ekspert qeyd etdi ki, mövcud vəziyyətdə Azərbaycan 3 istiqamətdə Avropanın aviyasiya yanacağı təchizatına kömək edə bilər:
“Bunlardan birincisi, Azərbaycana məxsus neft təsisatları üzərindən aviasiya yanacağının tranzit daşımalarına kömək etməkdir. İkincisi, Azərbaycana məxsus hava limanları üzərindən sərnişin daşımalarını artırmaqla təyyarələrin yanacaq təchizatını təmin etmək, üçüncüsü isə STAR Neft Emalı Zavodunun istehsalı olan Jet A1 markalı təyyarə yanacağının ixracını təşkil etməkdir.
Tək SOCAR-ın Türkiyə aktivi olan STAR NEZ-nun illik aviyasiya yanacağı emal həcmi 1 650 000 tondur. Bu istehsal həcminin illik 700 000 tonu müqavilə əsasında İstanbul hava limanının yanacaq təchizatına yönəldilir. Hazırda Avropada aviasiya yanacağı qiymətləri yüksək olduğundan, istehsal həcmlərinin müəyyən hissəsini Avropa bazarlarına yönəltmək olar”.
Müəllif: Roza Şəfiyeva
-
Dünya11:50Avropa liderləri bu ölkədə toplandı: Ərəblər də gəldi - Nələr müzakirə olunur?
-
Sosial11:45Bakıda məktəbli qız özünə xəsarət yetirdi - VİDEO
-
ABŞ10:06Tramp İran gəmisindəki “məxfi yük”dən danışdı: Çinlə bağlı sürpriz açıqlama
-
Nida Xəbər 10:00Azərbaycanda vəzifəli şəxslər həbs edildi - Aralarında rəislər də var
-
İdman09:44"Santyaqo Bernabeu" korta çevrildi: Ulduzlar rəqib, Peres hakim oldu - VİDEO
-
Hadisə09:03Qobustanda torpaq çökdü: Ölən və yaralı var - VİDEO
-
ABŞ07:47Trampdan KRİTİK AÇIQLAMA - “Ölkələrinə kimin rəhbərlik etdiyini belə bilmirlər”
-
İKT07:30Smartfonu kilidləməyin ən etibarlı yolu




















.jpg)

















