Enerji
Qlobal xam neft ehtiyatları ilə bağlı həyəcan təbili çalındı
ABŞ və İran arasındakı münaqişə fonunda qlobal xam neft ehtiyatları rekord sürətlə tükənir.
Publika.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.
"Goldman Sachs" şirkətinin ekspertlərinin qiymətləndirməsinə görə, Hürmüz boğazının davam edən blokadası ilə əlaqədar görünən neft rezervləri artıq 2018-ci ildən bəri ən aşağı göstəricilərə yaxınlaşıb.
"JPMorgan Chase & Co." şirkətinin qlobal xammal tədqiqatları şöbəsinin rəhbəri Nataşa Kaneva qeyd edib ki, yaranmış vəziyyət yanacaq qıtlığı və birjalarda qiymətlərin kəskin artması təhlükəsini yaradır. O vurğulayıb ki, dünya enerji sisteminin əməliyyat minimumunu qorumaq üçün müəyyən həcmdə resurslara ehtiyacı var, bu səbəbdən İndoneziya, Vyetnam, Pakistan və Filippin kimi dövlətlərdə tədarüklə bağlı kritik problemlər artıq bir aydan sonra başlaya bilər.
Bundan əvvəl bildirilmişdi ki, Amerika Birləşmiş Ştatları, İsrail və İran arasındakı münaqişə dünya üzrə ərzaq qiymətlərinin kəskin artmasına səbəb olub. Qiymətlər son üç ilin maksimumuna çatıb.
Hüseyn İbadlı
-
Hadisə19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
-
Rəsmi xronika15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı
-
Rəsmi xronika14:37İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi - YENİLƏNDİ
-
İdman14:10Ailəm bütün bunlardan çox əziyyət çəkib - Messi şikayətləndi
-
Dünya12:43İngiltərədən əhaliyə təcili xəbərdarlıq: 3 günlük ərzaq və su ehtiyatı yığın
-
Region12:17İrəvanda əcnəbiləri daşıyan avtobus aşdı - Xeyli xəsarət alan var









.jpg)







.jpg)




.jpg)














