Enerji
“Brent” markalı neft kəskin bahalaşdı
Yaxın Şərqdəki geosiyasi gərginlik səbəbindən Londonun "ICE" birjasında "Brent" markalı neftin iyun fyuçerslərinin qiyməti mayın 5-dən bəri ilk dəfə olaraq bir barrel üçün 110 dolları ötüb.
Publika.az xəbər verir ki, bu, ticarət əməliyyatlarının göstəricilərindən məlum olur.
Bakı vaxtı ilə saat 02:00-a olan məlumata görə, "Brent" neftinin qiyməti 1,91% artaraq bir barrel üçün 111,35 dollara yüksəlib. Saat 02:20-yə yaxın isə bu markalı neftin bahalaşma sürəti bir qədər zəifləyib və o, 110,40 dollardan (+1,04%) satılıb.
Mayın 16-da ABŞ-ın energetika naziri Kris Rayt Hörmüz boğazının ən geci 2026-cı ilin yayına qədər açılacağını bəyan edib. Onun sözlərinə görə, əgər İran "dünya iqtisadiyyatını girov saxlamağa davam edərsə, Amerika hərbçiləri bu dəniz yolunu güc tətbiq etməklə açacaqlar".
Mayın 15-də "The New York Times" qəzeti öz mənbələrinə istinad yazıb ki, İsrail və ABŞ İrana qarşı hərbi əməliyyatların mümkün bərpasına aktiv şəkildə hazırlaşırlar.
Hüseyn İbadlı
-
Hadisə17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
-
Rəsmi xronika15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı
-
Rəsmi xronika14:37İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi - YENİLƏNDİ
-
İdman14:10Ailəm bütün bunlardan çox əziyyət çəkib - Messi şikayətləndi
-
Dünya12:43İngiltərədən əhaliyə təcili xəbərdarlıq: 3 günlük ərzaq və su ehtiyatı yığın
-
Region12:17İrəvanda əcnəbiləri daşıyan avtobus aşdı - Xeyli xəsarət alan var
-
Sosial11:36Azərbaycanın Milli Qəhrəmanı Gürcüstanda saxlanıldı - FOTO









.jpg)
.jpg)












.jpg)














