Enerji
İşğalda olan şəhərdə böhran - Benzin talonla alınacaq
"Sevastopolda 31 may 2026-cı ildə Aİ-92 və Aİ-95 benzinlərinin satışı üçün talon sistemi tətbiq edildi".
Publika.az xəbər verir ki, bu barədə Sevastopolun qubernatoru Mixail Razvojayev özünün "Telegram" kanalında məlumat yayıb.
"Sevastopolda yanacaq təchizatı vəziyyəti haqqında məlumat: TES yanacaqdoldurma məntəqələrində yanacaq satışı bu gün səhər saat 7-də başlayıb. Bir neçə saat ərzində gün üçün ayrılmış bütün limit istifadə olunub. Buna görə də, bu gün Sevastopolda Aİ-92 və Aİ-95 benzinləri yalnız talonla satılacaq. Bu, yanacaqdoldurma məntəqələrində yanacaq təchizatının artırılması üçün zəruri olan müvəqqəti tədbirdir", - Mixail Razvojayev öz paylaşımında yazıb.
Onun sözlərinə görə, mövcud çətinliklər təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və yanacaq çatdırılma logistika marşrutlarının optimallaşdırılması zərurəti ilə əlaqədardır. Şəhər rəhbərliyi isə federal nazirliklərlə birlikdə vəziyyəti həll etmək üçün gecə-gündüz çalışırlar.
Xatırladaq ki, Sevastopol hazırda Rusiyanın işğalı altında olan Ukraynanın Krım bölgəsinin şəhəridir.
Müəllif: Tural
-
Rəsmi xronika14:37İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi - YENİLƏNDİ
-
İdman14:10Ailəm bütün bunlardan çox əziyyət çəkib - Messi şikayətləndi
-
Dünya12:43İngiltərədən əhaliyə təcili xəbərdarlıq: 3 günlük ərzaq və su ehtiyatı yığın
-
Region12:17İrəvanda əcnəbiləri daşıyan avtobus aşdı - Xeyli xəsarət alan var
-
Sosial11:36Azərbaycanın Milli Qəhrəmanı Gürcüstanda saxlanıldı - FOTO
-
Rəsmi xronika11:12İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi
-
ABŞ10:18Mərhum senatorla bağlı şok iddia: 17 yaşlı 3 yeniyetmə ilə...
-
Nida Xəbər 09:57Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edildi - Şok mənimsəmə









.jpg)
.jpg)

.png)










.jpg)














