Enerji
“Brent” markalı neft kəskin ucuzlaşdı
Yaxın Şərqdə əldə edilən sülh sazişi fonunda Londonun "Intercontinental Exchange" (ICE) birjasında avqust ayı üçün "Brent" markalı neftin fyuçers qiyməti bir barel üçün 84 dollardan aşağı düşüb.
Publika.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Bildirilib ki, saat 01:01-ə olan ticarət göstəricilərinə əsasən, "Brent" neftinin qiyməti 3,79% ucuzlaşaraq 83,51 dollar təşkil edib. Saat 01:10-a olan məlumata görə isə eniş templəri bir qədər səngiyib və neft 3,41% ucuzlaşaraq 83,84 dollar civarında satılıb.
Agentlik əlavə edib ki, iyul ayı üçün WTI markalı neftin qiyməti də azalıb və 3,97% ucuzlaşaraq 80,94 dollara düşüb.
İyunun 15-nə keçən gecə ABŞ Prezidenti İranla sazişin əldə olunduğunu bəyan edib və hər kəsi təbrik edib. Amerikalı siyasətçi sosial şəbəkə hesabında Hörmüz boğazının maneəsiz açılmasına və İran İslam Respublikasına qarşı tətbiq olunan hərbi-dəniz blokadasının dərhal aradan qaldırılmasına icazə verdiyini yazıb. Dövlət başçısı paylaşımını "Sülh gəmiləri, mühərrikləri işə salın. Qoy neft çay kimi axsın!" sözləri ilə yekunlaşdırıb.
Hüseyn İbadlı
-
Dünya12:43İngiltərədən əhaliyə təcili xəbərdarlıq: 3 günlük ərzaq və su ehtiyatı yığın
-
Region12:17İrəvanda turistləri daşıyan avtobus aşdı - Xeyli xəsarət alan var
-
Sosial11:36Azərbaycanın Milli Qəhrəmanı Gürcüstanda saxlanıldı - FOTO
-
Rəsmi xronika11:12İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi
-
ABŞ10:18Mərhum senatorla bağlı şok iddia: 17 yaşlı 3 yeniyetmə ilə...
-
Nida Xəbər 09:57Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edildi - Şok mənimsəmə
-
İqtisadi gündəm09:13Rubl yenidən bahalaşdı - MƏZƏNNƏ
-
Enerji08:24"Brent" markalı neftin qiyməti 114 dolları keçdi








.jpg)






.jpg)





.jpg)














