Enerji
Yeddi "OPEC+" ölkəsi oktyabrda hasilat kvotalarını sentyabr səviyyəsində saxlayacaq
Yeddi "OPEC+" ölkəsi (Rusiya, Səudiyyə Ərəbistanı, Əlcəzair, Küveyt, İraq, Qazaxıstan və Oman) nazirləri neft hasilatı üzrə sentyabr kvotalarının müddətini oktyabr ayına qədər uzatmaq qərarına gəliblər.
Publika.az xəbər verir ki, bu barədə təşkilatın aylıq onlayn görüşünün yekunlarına dair məlumatında deyilir.
Sazişin liderləri - Səudiyyə Ərəbistanı və Rusiya üçün neft hasilatının maksimal həddi müvafiq olaraq 10,478 mln. barel/gün və 9,949 mln. barel/gün səviyyəsində saxlanılıb. İraq 4,431 mln. barel/gün, Küveyt - 2,676 mln. barel/gün, Qazaxıstan 1,628 mln. barel/gün, Əlcəzair 1,007 mln. barel/gün, Oman isə 841 min barel/gün hasil etmək hüququna malikdir.
Məlumatda qeyd olunub ki, saziş iştirakçıları onun tam icrasına nail olmağa sadiq qaldıqlarını təsdiqləyiblər.
"Yeddilər"in növbəti görüşü, həmçinin "OPEC+" nazirlər komitəsinin iclası oktyabrın 4-də keçiriləcək.
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir









.jpg)














.jpg)













