Enerji
Qlobal neft qiymətləri ilə bağlı QORXULU PROQNOZ
Güclü böhran dünya neft qiymətlərinin artmasına səbəb ola bilər.
Publika.az xəbər verir ki, Rusiya Federasiyası hökuməti yanında Maliyyə Universitetinin və Milli Enerji Təhlükəsizliyi Fondunun eksperti İqor Yuşkov öz proqnozlarını NSN jurnalistləri ilə bölüşüb.
Onun sözlərinə görə, dünya neft bazarı kəskin qıtlığın astanasında tarazlıq vəziyyətindədir.
“Mart ayından etibarən Yaxın Şərqdən tam həcmdə neft və neft məhsulları tədarükü yoxdur. Hazırda dünya strateji ehtiyatları xərcləyir. Strateji neft anbarlarında qalan ehtiyatlar 1982-ci il səviyyəsindədir”, - mütəxəssis qeyd edib.
Onun fikrincə, belə vəziyyət bazarda narahatlıq yaradır. Dünya üzrə strateji neft ehtiyatları azaldıqca xammalın qiymətləri artmaqda davam edə bilər. Bununla yanaşı, neft məhsullarının saxlanma müddətinin məhdud olması səbəbindən onlarla bağlı vəziyyət daha da gərgin olaraq qalır.
Yəmənin “Ənsar Allah” hərəkatının husilərinin Səudiyyə Ərəbistanının “Şərq-Qərb” neft kəmərinə hücumu da dünya bazarındakı vəziyyəti çətinləşdirə bilər. Kəmərin fəaliyyətinin bərpası bir neçə həftə gecikərsə, təklif qıtlığı daha da güclənə bilər. Yuşkov əmindir ki, belə halda neftin qiyməti bir barel üçün 120–130 dollara qədər yüksələ bilər.
Hüseyn İbadlı
-
Rəsmi xronika15:46İlham Əliyev 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanladı
-
Sosial13:10Təcili Yardıma yeni direktor təyin edildi - FOTO
-
Cənubi Qafqaz12:44Paşinyandan Azərbaycan və Türkiyə ilə bağlı mühüm açıqlama
-
Magazin111:56Vüsalə verilişində yerinə aparıcılıq edənə "əsəbiləşdi": Bunu tapmısınız?
-
Region10:30Paşinyanın maaşı artır: Görün nə qədər alacaq
-
Dünya10:06Avropanın nəhəng ölkəsi müflis olacaq - Trampın sözünə baxmasa
-
Nida Xəbər 10:03Baş nazir qərar imzaladı
-
Dünya09:35Türkiyədən Moskvaya uçan 4 təyyarə Litva və Polşa üzərindən geri döndü - Nə baş verir?

















.jpg)










.jpg)







.jpg)

