Enerji
"Brent" markalı neftin qiyməti 114 dolları keçdi
“Brent” markalı neftin bir barelinin qiyməti mayın 5-dən bəri ilk dəfə 114 dolları ötüb.
Publika.az xəbər verir ki, bu barədə TASS ICE birjasının ticarət məlumatlarına istinadla məlumat yayıb.
Bakı vaxtı ilə saat 05:52-yə olan məlumata görə, dekabrda tədarük ediləcək neft fyuçerslərinin qiyməti 0,78 faiz artaraq bir barel üçün 114,05 dollara çatıb. Saat 06:01-ə olan məlumata görə isə xammalın qiymət artımı sürətlənərək 1,37 faiz bahalaşma ilə bir barel üçün 114,72 dollara yüksəlib.
Eyni zamanda, ticarət məlumatlarına əsasən, noyabrda tədarük ediləcək WTI markalı neft fyuçerslərinin qiyməti 3,93 faiz artaraq bir barel üçün 100,97 dollar olub.
Oktyabrın 5-də “Bloomberg” məlumat yayıb ki, Yaxın Şərqdə müharibənin yenidən başlanması ehtimalı, ehtiyatların tükənməsi və dizel yanacağının qıtlığı ilə bağlı bazarda yaranan narahatlıq səbəbindən “Brent” markalı neftin bir barelinin qiyməti 100 dolları ötüb. “Guotai Junan Futures” şirkətinin neft üzrə baş analitiki Süyü Çjaonun sözlərinə görə, əsas problem tədarükün artmasına baxmayaraq, vəziyyətin tam normallaşacağına dair zəmanətin olmamasıdır. Ekspert dəqiqləşdirib ki, bazar xammalın son təyinat məntəqəsinə təhlükəsiz və etibarlı şəkildə çatdırılmasının mümkün olub-olmadığını qiymətləndirir.
Hüseym İbadlı
-
Enerji08:24"Brent" markalı neftin qiyməti 114 dolları keçdi
-
Magazin106:16"O içkiyə görə çox kökəldim” - Çingiz Əhmədov
-
Sağlamlıq05:45Dietoloq almanın əsl faydalarını açıqladı
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz








.jpg)









.jpg)


















