Foto
Küçə uşaqlarından QƏHRƏMAN YARATDI - FOTOLAR
Türkiyədə Mustafa Hoca adlı şəxs kiçik yaşda ağır işlərdə çalışan uşaqlar üçün maraqlı təşəbbüs həyata keçirib.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, uşaq evlərindəki balacalara boks dərsləri öyrətmək üçün Sosial Xidmətlər və Uşaq Əsirgəmə Təşkilatına (SHÇEK) müraciət ünvanlayıb. SHÇEK isə idman müəlliminə uşaq evlərində qalanlara deyil, küçələrdə salfet satan, ayaqqabı boyayan, kiçik yaşlarda ağır işlərdə çalışan uşaqlara dərs verməsini tövsiyə edib. Ailələrin də razılığını alıqdan sonra Mustafa Hoca dərslərə başlayıb.
Bir müddət sonra məlum olub ki, Mustafa Hocanın tələbələri müxtəlif yarışlarda birincilik qazanıb. Türkiyə Çempionatında 9 nəfər qalib olub. Avropa çempionatında isə 1 ikinci, 2 nəfər 3-cü yeri qazanıb.
Uşaqların bir hissəsi Mustafa Hocanın bütün səylərinə baxmayaraq, boksdan gedərək uşaq yaşda “həyata” atılıb. Qalanlar isə var gücləri ilə məşqlərə davam edirlər.
Əbdürrəhman Antakyalı Mustafa Hoca ilə uşaqların təsirli məşq prosesini lentə alıb.
Publika.az həmin fotoları təqdim edir:
-
Maraq dünyası02:19
Dünyanın ən lənətlənmiş adası: Kim yaşadısa... - FOTO
-
Region01:50
İranda qadın alveri və intim xidmətlər barədə ŞOK FAKTLAR - VİDEO
-
İdman01:08
"Real" ÇL-nin finalında! - VİDEO/YENİLƏNDİ
-
Region00:45
Putinlə Paşinyanın görüşü başa çatdı - YENİLƏNDİ
-
Qoroskop00:35
Günün qoroskopu: nüfuzlu insandan dəstək ala bilərsiniz
-
Hadisə8 May 23:34
Xırdalanda küçə itləri qadını dişlədi - ANBAAN VİDEO
-
Hadisə8 May 21:59
Hoteldə zəhərlənən dostlarla bağlı FAKTLAR: Qonaqlıq buna görə təşkil edilibmiş... - FOTO
-
Qoroskop8 May 20:55
Yeni ay bu 3 bürcü sevindirəcək – Şans onlardan yanadır