Dövlət Komissiyası: “Hərbçilərin meyitlərinin qaytarılması zamanı Ermənistan atəşkəsi pozub”
Bizi izləyin

İqtisadi gündəm

Dövlət Komissiyası: “Hərbçilərin meyitlərinin qaytarılması zamanı Ermənistan atəşkəsi pozub”

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb. Məlumatda bildirilir ki, aidiyyəti beynəlxalq təşkilatların vasitəçiliyi ilə əldə edilmiş qarşılıqlı razılaşmaya uyğun olaraq, Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində baş vermiş son hərbi əməliyyatlar zamanı hər iki tərəfin nəzarətində qalmış hərbçilərin meyitləri 2016-cı il 10 aprel tarixində qoşunların təmas xəttində qaytarılıb.

Publika.az Azərtac-a istinadən xəbər verir ki, Dövlət Komissiyasının məlumatında bildirilir ki, proses Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Müdafiə Nazirliyi tərəfindən, Beynəlxalq Qızıl Xaç Komitəsinin və ATƏT-in vasitəçiliyi ilə həyata keçirilib: “Proses zamanı qarşı tərəf atəşkəs rejimini pozub. Müvafiq prosedurlar başa çatdıqdan sonra ictimaiyyətə əlavə məlumat veriləcək”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm