İqtisadi gündəm
“Dövlət borcu haqqında” qanun dəyişdirilir
Mərkəzi Bank haqqında” və “Dövlət borcu haqqında” qanunlara dəyişikliklərin edilməsi təklif olunur.
Publika.az xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında komitə sədri Ziyad Səmədzadə bildirib. Mərkəzi Bankın İdarə Heyəti sədrinin müavini Aftandil Babayev dəyişikliklər barədə məlumat verib. Onun sözlərinə görə, “Mərkəzi Bank haqqında” qanuna yeni maddə əlavə edilməsi təklif olunur.
Belə ki, Mərkəzi Bankın funksiyalarına “Əmanətlərin sığortalanması haqqında” qanuna uyğun olaraq Əmanətlərin Sığortalanması Fonduna dövlətin zəmanəti ilə təmin olunmuş kreditin verilməsi də daxil edilib. “Dövlət borcu haqqında” qanuna da yeni maddənin əlavə edilməsi təklif olunur.
Qanuna əlavə edilmiş 3.4-1-ci maddəyə əsasən, Əmanətlərin Sığortalanması Fondunun borcalmaları və onların dövlət zəmanəti ilə təmin olunması qaydası “Əmanətlərin sığortalanması haqqında” qanun ilə tənzimlənəcək. Hər iki qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib.
İqtisadiyyat şöbəsi
-
Nida Xəbər 11:28
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış edir - Yeniləndi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?