İqtisadi gündəm
OPEC qərar verdi: Neft xilas edildi
Neft İxrac Edən Ölkələri Birliyi – OPEC-in sentyabrın 26-28-də Əlcəzairdə – Beynəlxalq Energetika Forumu çərçivəsində keçirilən qeyri-formal sammitində neft hasilatının bu ilin noyabr ayından etibarən gündəlik 32,5 mln. barel azaldılmasına qərar verilib.
Publika.az xəbər verir ki, hasilat 33,2 mln. barel/gündən 32,5-33 mln. barel/günə qədər azaldılacaq.
OPEC-in gəldiyi razılığa əsasən, təşkilat üzvlərinin hamısı hasilatı azaldacaq. Adıçəkilən təşkilatın Əlcəzair sammitinin rəhbəri Məhəmməd ben Saleh Əs-Sədanın sözlərinə görə, OPEC üzvlərinin hər birinin fərdi qaydada hasilat kvotasını təşkilatın daxilində yaradılacaq xüsusi komissiya müəyyənləşdirəcək. Bununla belə, artıq məlumdur ki, hasilatda ən çox azalma Səudiyyə Ərəbistanın payına düşür. Bu ölkə gündəlik hasilatı 442 min barel azaldacaq. İraq 135 min, Birləşmiş Ərəb Əmirlikləri 155 min barel azalmaya gedəcək. Liviya və Nigeriyanın isə neft hasilatının məhdudlaşdırılması gözlənilmir.
Bildirək ki, OPEC-in bundan əvvəl Qətərin paytaxtı Dohada keçirilmiş sammitində razılaşmaya mane olan İran hasilatını 3,7 mln. barel/gün ilə məhdudlaşdırmağa razılaşıb. Hazırda İslam Respublikası hasilatı bu səviyyəyə çatdırmaq üçün gündə daha 52 min barel neft hasil etməlidir.
Nəzərə çatdıraq ki, dondurulma ilə bağlı qərardan sonra birjalarda neftin qiyməti yüksəlməyə başlayıb.
Bu arada, dondurulmanın tərəfdarlarından biri də Rusiyadır. Ölkənin iqtisadiyyat naziri Aleksandr Novak müzakirələrə dəvət edilməsə də o, Beynəlxalq Energetika Forumuna qatılıb.
Xatırladaq ki, bundan sonra neftin minim satış həddi 50 dollar olacaq.
İqtisadiyyat şöbəsi
-
Cənubi Qafqaz09:21
İrəvan Almatıda Bakıya təslim olacaq – Ermənistanda nədən qorxurlar?
-
İdman09:00
Ronaldo ilk futbol klubunu 117 milyon dollara SATDI
-
Sosial07:17
Bu gün yağış yağacaq, külək əsəcək - PROQNOZ
-
Avropa06:46
Bu qadın 32,9 kq çəkisi olan sazan tutaraq REKORD QIRDI - VİDEO
-
ABŞ06:16
Ərdən DƏHŞƏTLİ ƏMƏL: arvadını diri-diri basdırdı, 12 saat...
-
Avropa05:15
Ukrayna səmasında QƏRİBƏ PARILTI: ölkənin hər yerində... - FOTO/VİDEO
-
Magazin204:14
Karla Bruni şübhəli şəxs qismində dindirildi
-
Magazin203:13
Məşhur aktisa bəbir naxışlı bikini ilə elə pozalar verdi ki... - VİDEO