İqtisadi gündəm
Strateji yol xəritələri iqtisadiyyatın prioritet istiqamətləri üzrə hədəfləri müəyyənləşdirib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev imzaladığı “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” Fərmanı ilə təsdiq edilmiş strateji yol xəritələri məhz iqtisadiyyatın əsas prioritet istiqamətləri üzrə tədbirləri nəzərdə tutur və görüləcək işləri, hədəfləri müəyyənləşdirib.
Bu barədə iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov qeyd edib.
Nazir müavini bildirib ki, tədbirlər 3 mərhələdə həyata keçiriləcək: 2016-2020-ci illər üçün iqtisadi inkişaf strategiyası və tədbirlər planı, 2025-ci ilədək uzunmüddətli baxış və 2025-ci ildən sonrakı dövr üçün hədəf baxışı.
İlk mərhələdə qısa müddətdə ölkə iqtisadiyyatına xarici mənfi təsirlərin qarşısını almaq, iqtisadiyyatı mənfi şoklardan qorumaq nəzərdə tutulur. Eyni zamanda, ortamüddətli dövrdə inkişaf xəttinin bərpa edilməsi, iqtisadiyyatın şaxələndirilməsi, ölkə iqtisadiyyatının daha çox dünya iqtisadiyyatına inteqrasiyası yolu ilə rəqabətqabiliyyətliliyin artırılmasıdır.
İkinci mərhələdə ölkə iqtisadiyyatının əsasən yüksək gəlir yaradan, rəqabətqabiliyyətliliyin artırılması istiqamətində tədbirlər görüləcək. Üçüncü mərhələdə isə yüksək texnologiyaya əsaslanan inklüziv iqtisadiyyatın formalaşdırılması sahəsində tədbirlər həyata keçiriləcək ki, burada əsas məqsəd əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması və bunun əsas göstəricisi olan insan inkişafı indeksinin daha da yüksəldilməsidir.
“Sahibkarlığın inkişafı prioritet elan olunub. Bu istiqamətdə həyata keçirilən nəticələr sahibkarların güzəştli kreditlərə çıxış imkanlarının yaxşılaşdırılması, maarifləndirilməsi, xarici əlaqələrin qurulması, forumların keçirilməsi nəticəsində özəl sektorun payı ümumi daxili məhsulda 80 faizi, məşğulluqda 74 faizi ötüb. Özəl sektor strateji yol xəritəsində önəmli çəkiyə malik sahələrdən biridir”, - deyə nazir müavini diqqətə çatdırıb. (azərtac)
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi
-
Səhiyyə25 Aprel 23:12
Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər