İqtisadi gündəm
Elşad İskəndərovun vəzifədən uzaqlaşdırılması Türkiyə mediasında
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərovun vəzifədən uzaqlaşdırılmasını Türkiyə mediası maraqlı başlıqlarla verib.
“Publika.az” xəbər verir ki, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev dünən imzaladığı sərəncama əsasən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərovu vəzifədən uzaqlaşdırılıb. Mətbuatda gedən xəbərlərə görə Elşad İskəndərov Gülən hərəkatı ilə əlaqəsı olmasına görə vəzifəsindən azad edilib. Türkiyə mediası da bunu əsas götürərək Elşad İskəndərovun vəzifədən uzaqlaşdırılmasını xəbər verib:
“Azərbaycan Gülən hərəkatı üçün düyməyə basdı”
Türkiyənin məşhur qəzetlərindən olan “Star” qəzeti Elşad İskəndərovun vəzifədən uzaqlaşdırılmasını bu başlıqla bildirib. Qəzet həmçinin “bir müddət əvvəl Azərbaycan mətbuatında İskəndərovun Türkiyədəki Gülən hərəkatı ilə əlaqəsi olduğuna dair xəbərlər çıxmışdı” cümləsinə də yer verib.
“Əliyev İskəndərovu vəzifədən uzaqlaşdırdı”
“Haberler.com” saytı və “Milliyet”, “Sabah” kimi qəzetlər Elşad İskəndərov xəbərini bu başlıqla qeyd edib və İskəndərovun 2012-ci il 31 may tarixində vəzifəyə gətirildiyini qeyd edib.
“Əliyev Gülən hərəkatına zərbə vurdu”
“Haber27.com” saytı isə xəbəri bu cür başlıqla verib və Elşad İskəndərovu Gülən hərəkatının ən xas adamı olaraq adlandırıb.
“Qardaş ölkədə gülənçi ovu”
“Ajans34.com” saytı Elşad İskəndərovun vəzifədən uzaqlaşdırılmasını bu cür qiymətləndirib.
Vüsal Tağı
-
ABŞ08:29
Bir anlıq intihar barədə düşündüm, amma... - Baydendən gözlənilməz ETİRAF
-
Sağlamlıq08:17
Valideynlərin NƏZƏRİNƏ: Son günlər azyaşlılar arasında yayılan yeni virusun simptomları
-
Magazin207:25
İlhan Mansız azərbaycanlı xanımından olan övladının üzünü ilk dəfə göstərdi - FOTO
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO