İqtisadi gündəm
69 ölkə ilə xarici ticarət aparılıb
2014-cü ilin birinci rübündə Azərbaycan Respublikasının rezidentləri dünyanın 116 ölkəsinin hüquqi və fiziki şəxsləri ilə ticarət əməliyyatları həyata keçirib.
69 ölkəyə əmtəə ixrac olunub. Publika.Az xəbər verir ki, 112 ölkədən idxal həyata keçirilib. Xarici ticarət dövriyyəsi iştirakçılarının 40-ı Avropa, 23-ü Amerika, 37-i Asiya ölkələri və digərləridir.
Dövr ərzində xarici ticarət dövriyyəsinin həcmi statistik məlumatlara əsasən 9,7 milyard ABŞ dolları, o cümlədən ixracın həcmi 8,0 milyard dollar, idxalın həcmi 1,7 milyard dollar təşkil etmiş, nəticədə 6,3 milyard dollarlıq müsbət saldo yaranıb.İxrac edilən məhsulların ümumi həcmində xam neft, neft məhsulları, təbii qaz, meyvə-tərəvəz, bitki və heyvan mənşəli piylər və yağlar, şəkər, kimya sənayesi məhsullarının, idxal olunan məhsulların həcmində isə qida məhsulları, qara metallar və onlardan hazırlanan məmulatlar, maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar, nəqliyyat vasitələri və onların hissələrinin xüsusi çəkisi üstünlük təşkil edib.
Qeyri-neft məhsullarının ixracı 380,3 milyon dollar olub.
İqtisadiyyat şöbəsi
-
Ekopublika.az19:10
Azərbaycanda helikopterlər satışa çıxarılır - QİYMƏT
-
Nida Xəbər 18:50
Milli qəhrəmanlardan kimlər sağdır? - Siyahı
-
Kriminal18:40
Azərin şikayəti rədd edildi, Zəhra ev dustaqlığına buraxıldı - Tiktokçulardan xəbər var
-
Sosial16:58
TƏBİB-dən təyyarə qəzasında xəsarət alanlarla bağlı məlumat
-
Cənubi Qafqaz16:10
Ermənistanın keçmiş müdafiə naziri Rusiyada saxlanıldı
-
İKT14:40
Bu proqramları telefonunuzdan dərhal silin: Kredit kartı məlumatlarını oğurlayırlar - SİYAHI
-
Sosial13:40
Uçuşu idarə edən şəxs etiraf etdi – “Təyyarə Qroznıya enə bilərdi, amma...”
-
Sosial12:55
Bakıdan Aktauya uçan təyyarədə problem yarandı