İqtisadi gündəm
DGK ötən rüb büdcəyə 571 mln. manat vəsait köçürüb
"Dünya iqtisadiyyatında baş verən iqtisadi böhran, neft gəlirlərinin azalması və manatın devalvasiyasından sonra prezident İlham Əliyevin rəhbərliyi altında aparılan iqtisadi islahatlar daha da davamlı xarakter alıb".
Bunu bu gün Bakıda keçirilən "Caspian Energy Forum-2017"-də çıxışı zamanı Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev bildirib.
Qurum rəhbəri qeyd edib ki, ölkə başçısı son dövrlər gömrük
sahəsində şəffaflığın artırılması və gömrük orqanlarının
fəaliyyətinin daha da təkmilləşdirilməsi ilə bağlı bir sıra mühüm
fərman və sərəncamlar imzalayıb.
DGK sədrinin sözlərinə görə, DGK-nin təşkil etdiyi xidmətlərin
elektronlaşdırılma səviyyəsi 100%-dir.
"10 təşkilat artıq bizim təşəbbüsümüzlə "yaşıl dəhliz"dən istifadə edə bilir", - deyə o bildirib.
A.Əliyev artıq sərhədlərdə və hava limanlarda "Tax free"
sisteminin tətbiq edildiyini də vurğulayıb. O qeyd edib ki, artıq
ölkəni tərk edən turistlər sərbəst şəkildə qəbzlərini təqdim edərək
ƏDV-ni geri ala bilirlər.
O əlavə edib ki, cari ilin ilk rübündə DGK xətti ilə dövlət
büdcəsinə 571 mln. manat vəsait köçürülüb ki, bu da ötən ilin
analoji dövrü ilə müqayisədə 154 mln. manat çoxdur: "Göründüyü
kimi, gömrük orqanları büdcə proqnozlarını artıqlaması ilə əməl
edib".
A.Əliyev onu da bildirib ki, bu ilin üç ayında Azərbaycandan meyvə-tərəvəz ixracı 73% artıb, idxal isə 17% azalıb. (apa)
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi
-
Səhiyyə25 Aprel 23:12
Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər
-
Magazin125 Aprel 22:48
Müşfiq Musanın məşhur mahnısını oxudu - VİDEO
-
Magazin125 Aprel 22:00
Firuzə İbadova həmin xəbəri TƏKZİB ETDİ: "Onun ruhu şad olsun deyə..."