Ərəb ölkələri Azərbaycandan bir sıra güzəştlər xahiş edib
Bizi izləyin

İqtisadi gündəm

Ərəb ölkələri Azərbaycandan bir sıra güzəştlər xahiş edib

"Körfəz ərəb ölkələri Əməkdaşlıq Şurasının Ticarət Palataları Federasiyası Azərbaycana ikiqat vergiqoymanı ləğv etməyi, ərəb ölkələrindən məhsul idxalına gömrük rüsumlarını azaltmağı və ölkələr arasında maliyyə əməliyyatlarını sadələşdirməyi təklif edib".

Publika.az Trend-ə istinadən xəbər verir ki, bunu Bakıda Azərbaycanla Körfəz ərəb ölkələri Əməkdaşlıq Şurası arasındakı biznes forumu zamanı Ticarət Palataları Federasiyası baş katibi Əbdülrəhim Həsən Nağı deyib.

Digər təkliflər arasında baş katib dəniz marşrutlasrının yaradılması, viza rejiminin sadələşdirilməsi və vizanın alınması üçün rüsumun azaldılması imkanlarını qeyd edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm