İqtisadi gündəm
Palata: İqtisadiyyatın müsbət trendləri bank sektoruna təsir göstərməkdədir
“2014-cü ildən etibarən bütün dünyada baş verən böhran Azərbaycan iqtisadiyyatına bu və digər şəkildə təsir edib”.
Publika.az xəbər verir ki, bunu bu gün Bakı şəhəri “Pullman” otelində ölkəmizin aparıcı şirkətlərinin dəstəyi və iştirakı ilə “Rəqəmsal Biznes Trendləri” devizi altında keçirilən II Maliyyə və İnvestisiya Forumunda (FIF2018) Maliyyə Bazarlarına Nəzarət Palatasının Bank Fəaliyyətinə Nəzarət Departamentinin Xarici Nəzarət İdarəsinin rəisi Taleh Nəhmətov deyib.
Onun sözlərinə görə, xarici iqtisadi təsirlərə baxmayaraq 2017-ci ildə Azərbaycan iqtisadiyyatın inkişafını bərpa edə bilib: “Artıq Azərbaycandakı 12 faizlik inflyasiya 4 faizə enib. Qeyri-neft ümumi daxili məhsulu 2,9 faiz təşkil edib. İqtisadiyyatın müsbət trendləri bank sektoruna da təsir göstərməkdədir".
O qeyd edib ki, artıq bank sektorunda müsbət tendensiyalar müşahidə edilir: Maliyyə sektorunun 97 faizini banklar, 2,7 faizini sığorta sektoru təşkil edir. Artıq artım tempi bərpa edilib, yığımlar və öhdəliklərdə artımlar var. Sadəcə kreditləşmə sahəsində biz az ləngimə var. Sektorda çox yüksək likvid aktivlər 6,1 milyard təşkil edib. Cari öhdəliklər 10,6 milyard, əmanət portfeli 7,5 milyard manat olub. Məcmu kapital 3,2 milyard dollar olub”.
O vurğulayıb ki, ötən il ərzində bank sektorunda kapital adekvatlığı 19 faiz təşkil edib: “Verilmiş kreditlərdə də müsbət tendensiya var. 2017-ci ildə 5 milyard manat kredit verilib. Bunun 64 faizi real biznes məqsədi ilə verilib”. (APA)
-
Rəsmi xronika14:18
İlham Əliyev Trampı təbrik etdi
-
Kriminal12:44
Türkiyədən Azərbaycana qayıtdı, bir həftə sonra öldürüldü - Qisas cinayəti
-
Rəsmi xronika11:39
İlham Əliyev Ərdoğanla görüşdü - YENİLƏNDİ / FOTO
-
Pul11:34
Seçkilərin nəticəsi dollara görün necə təsir etdi - Son rəqəmlər
-
ABŞ10:12
Respublikaçılardan sarsıdıcı qələbə: Demokratlar Senata nəzarəti itirdi
-
MDB10:08
Xəzərin üzərində PUA vuruldu: Əhaliyə müraciət edildi
-
Sosial09:17
Kilosu 4 manata başa gələn ətlər bu məkanlara göndərilirmiş
-
ABŞ06:16
Harris səsvermə günü "telefon saxtakarlığı" edərkən TUTULDU - VİDEO