İqtisadi gündəm
Avropanın xilası üçün yol axtarılır: Slovakiya Azərbaycanla danışıqlar aparır
“Qazprom” və “Naftaqaz” arasında Rusiya qazının Ukraynadan keçməklə Aİ-yə tranzitinə dair müqavilənin başa çatma müddətinin yaxınlaşması fonunda Avropa ölkələri alış imkanlarını qorumaq üçün yollar axtarmağa davam edir.
Publika.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
Məlumata görə, Slovakiyanın "Slovensky Plynarensky Priemysel" (SPP) şirkəti Azərbaycanın dövlət neft şirkəti SOCAR ilə danışıqlar aparır.
Ehtimal olunur ki, Azərbaycan şirkəti lazımi həcmdə qazı “Qazprom”dan alıb, sonra avropalı alıcılara çatdıra bilər.
"Macarıstanın baş naziri Viktor Orban da öz növbəsində Rusiya ilə Ukrayna arasındakı fiziki sərhədi Rusiya qazı üçün satış nöqtəsi etməyi təklif edib ki, bu da qazın mülkiyyət hüququnu avropalı alıcılara ötürəcək və Ukrayna ilə azad ticarət razılaşmasına uyğun olaraq tranzitlə təmin etməyə məcbur edəcək", - mənbələr bildiriblər.
Bundan əvvəl SPP və onun qaz şəbəkəsi operatoru "Eustream AS", eləcə də Macarıstanın "MOL Hungarian Oil and Gas Plc.", Avstriya və İtaliyadan olan ticarət birlikləri və iri sənaye istehlakçıları Ukrayna prezidenti Vladimir Zelenskini tədarükün hazırkı vaxtda Ukrayna ərazisindən davam etdirilməsinə icazə verməyə çağırıblar.
Ukrayna Rusiya qazının istənilən formada öz ərazisi ilə nəqlinə qarşıdır. Öz növbəsində, Rusiya prezidenti Vladimir Putin Ukrayna ərazisindən qaz nəqlinə nəzarətin Avropa şirkətlərinə verilməsi imkanını şərh edərkən bildirib ki, “Qazprom”un 2049-cu ilə qədər uzunmüddətli müqavilələri var. Və tranzitlə bağlı vəziyyəti dəyişmək üçün bu müqavilələr açılmalıdır. Bu, çox mürəkkəb prosedurdur”, - Putin əlavə edib.
Eyni zamanda, o, Ukrayna ərazisindən qaz tranziti üzrə müqavilənin müddətinin bitməsinə “üç-dörd gün” qalmış uzadılması imkanını istisna edib.
Adəm Abbaslı
-
Səhiyyə19:00Yüksək təzyiqin gizli səbəbi müəyyən edildi
-
Nida Təhlil 17:22Azərbaycançılıq ideologiyası ölkəni parçalamaq istəyən qüvvələrin planlarını alt-üst etdi - ŞƏRH
-
Rəsmi xronika15:48İlham Əliyev və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış oldular - FOTO
-
Sosial15:34Bərdədə müəllim "TikTok"dakı təhqirə görə cəzalandırıldı
-
Hadisə14:26Könül Həmzəyevaya qarşı 300 min manatlıq dələduzluq
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək











.jpg)



.jpg)





.jpg)


















