İqtisadi gündəm
Azərbaycanda yeni ödəniş sistemi işə salınır
Azərbaycanda yeni ödəniş sistemi - Paymanat (paymanat.az) işə salınır. Bu barədə Trend-ə şirkətdə bildiriblər.
Şirkətdən bildirilib ki, yaxın günlərdə ödəmə sisteminin prosessinq mərkəzi rolunda çıxış edəcək Expressbank ASC ilə müqavilə imzalanacaq: "Yaxın üç həftə ərzində Paymanat sisteminə mobil və stasionar rabitə, kommunal xidmətləri və s. ödəmə servisləri inteqrasiya olunacaq. Bununla yanaşı ay ərzində Android və iOS əməliyyat sistemləri üzərində çalışan qurğular üçün Paymanat mobil tətbiqi işə salınacaq".
Bundan başqa, şirkət bildirib ki, istifadəyə Paymanat plastik kartları da veriləcək: "Bu kartları Expressbank ASC filiallarına müraciət edərək əldə etmək mümkün olacaq. Hal-hazırda test etmək üçün məhdud sayda kart buraxılıb."
Paymanat kartı elektron pul kisəsi ilə birləşdiriləcək, bu da öz növbəsində qeydiyyatdan keçmiş istifadəçilərə virtual hüsab açmaq imkanını yaradacaq.
Elektron pul kisəsinin balansını MilliÖN və eManat terminalları vasitəsi ilə artırmaq mümkün olacaq.
-
Region16:00
Başı özünə qarışan Makrondan Paşinyan əl çəkmir: Yenə dəvət etdi
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir
-
Dünya13:40
Trüdo baş nazir kreslosunu itirir - Görün nə ilə hədələyirlər
-
Sosial13:35
Polkovnik-leytenantın qızı Türkiyədə vəfat etdi
-
Sosial12:00
Adı ət olsa da... - Görün farş adı altında bizə nə yedirdirlər
-
Sosial11:30
Yeni qayda qüvvədə: Sələmi xatırladan kreditlərə son qoyulur?
-
Sağlamlıq10:50
Təzə və ya köhnə olduğu bilinməyən çərəzlər: Bizi hansı təhlükə gözləyir?
-
Rəsmi xronika10:20
İlham Əliyev Almaniya prezidentinə başsağlığı verdi