Ölkə üzrə istixanaların sayı açıqlanıb
Bizi izləyin

İqtisadi gündəm

Ölkə üzrə istixanaların sayı açıqlanıb

2018-ci il iyul ayının 1-nə ölkədə ümumi sahəsi 1,3 min hektar olan 2907 vahid istixana fəaliyyət göstərib.

Dövlət Statistika Komitəsindən Publika.az-a verilən məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə istixanaların ümumi sayında 4,2 faiz, onların sahəsində isə 6,8 faiz artım olub.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu ilin yanvar-iyun aylarında istixanalarda yetişdirilən əsas məhsullardan olan pomidorun istehsalı 4,3 faiz artaraq 173,1 min ton, xiyarın istehsalı isə 2,7 faiz artaraq 7,8 min tona çatıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm