Azərbaycana gətirilən yük avtomobillərinin sayı artıb
Bizi izləyin

İqtisadi gündəm

Azərbaycana gətirilən yük avtomobillərinin sayı artıb

Bu il Azərbaycana gətirilən yük avtomobillərinin sayı artıb.

Dövlət Gömrük Komitəsindən (DGK) Publika.az-a verilən məlumata görə, ümumilikdə yanvar-iyul ayında Azərbaycana idxal edilən avtomobillərin sayı 11 min 700 ədəd olub.

Ölkəyə gətirilən avtomobillərin 69 ədədi sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri, 10 min 402 ədədi əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri, 1157 ədədi yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 72 ədədi isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitələridir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm