İqtisadi gündəm
Narışkindən Azərbaycan türkcəsində təşəkkür
Rusiya Dövlət Dumasının sədri Serqey Narışkin ATƏT-in Parlament Asambleyasnın Bakıda keçirlən sessiyasında çıxış edib.
O, əvvəlcə konfransı Bakıda təşkil etdiyinə
görə, Azərbaycana azərbaycan dilində təşəkkür edib: “Azərbaycana
ənənəvi qonaqpərvərliyinə görə, təşəkkür edirəm. Çox sağ olun. ATƏT
Ukrayna məsələsində üzərinə düşən öhdəlikləri yerinə yetirərək,
səmimi diaoloqla Ukrayanda vətəndaş barışının yaranmasına səbəb
olacaq. Bütün bəlaları əsassız olaraq, Rusiyanın üstünə yıxmaqla
münaqişəni sülh yollu həll etmək olmaz. Avropa Şurası başa
düşməlidir ki, Ukraynanın şərqində baş verən hadisələrə görə, onlar
məsuliyyət daşıyırlar".
O, bildirib ki, Ukrayna sərhədindəki Rusiya
qoşunlarını geri çəkməklə ölkəsi sülh yaratdığını bir daha
göstərib. "Ukrayna prezidenti Poroşenkoya və xalqa kömək etməliyik
ki, bu vəziyyətdən tez bir zamanda çıxa bilsinlər. Kiyev Maydanına
insanlar silahlarla deyil, demokratik şüarlarla çıxdılar. Amma
onları mərmilər, silahlar gözləyirdi. Niyə Ukrayna xalqı bunlara
məruz qalır. İnsanları həmin şüarlara görə öldürmürlər. Bəs bunun
səbəbi nədir? Ötən həftə Ukraynada iki rus əsgəri sifarişlə
öldürülüb. Hazırda Rusiyada Ukraynanın şərqindən gələn 400 min
qaçqın var".
Narışkin Ukraynanın şərqində, Odessadakı hadiələr
zamanı rusların xalqı qorumağa çalışdığını deyib. Onun sözlərinə
görə, Ukrayna parlamentində millətçi partiyalar
var.
O, Rusiyanın Ukraynadakı atəşkəsin real olmasını
arzuladığını deyib: "Biz Ukrayna böhranı ilə əlaqədar olaraq xüsusi
komissiyya yaratmaq istəyirik. Bu yolla Ukrayna böhrandan çıxa
bilər. Biz bu yolla Ukraynanı zorakılıq dalğalarından qoruya
bilərik. Dünaynın bütün yerlərindəki telefon danışıqlarını
izləyənlər Ukraynadakı çevrilişə bəraət qazandırırdılar.
Ukrayandakı insanların yandırılması intihar kimi qələmə alınırdı.
Bu ölkədə Rusiya səfirliyinə basqın dünyada öz ədalətli qiymətini
almayıb. Bu Avropanın dünyadakı nüfuzunu azaldır”.
-
Səhiyyə00:30
Xərçəng və ürək xəstəliklərindən qoruyan mutasiya KƏŞF EDİLDİ
-
Qoroskop00:05
Günün ULDUZ FALI: gününüz boz və maraqsız olacaq.
-
Səhiyyə2 May 21:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən xanıma yenidən VƏZİFƏ VERİLİR? - FOTO
-
Magazin22 May 21:00
Britni Spirs nəhayət ərindən BOŞANDI
-
Sosial2 May 20:36
Amin Musayev ilk dəfə əsir düşdüyü yerdə - VİDEO
-
Sosial2 May 19:00
Azərbaycanda ŞOK OLAY: kişi dostunun 14 yaşlı qızını qaçırdı, sonra...
-
Sosial2 May 18:36
Direktorla qadın müəllim arasında DAVA: müəllimin halı pisləşdi, təcili yardım gəldi - FOTO
-
Magazin12 May 18:12
Aygün Kazımova ilə çobanın söhbəti gündəm oldu - VİDEO