İqtisadi gündəm
Pan Gi Mun: "Helsinki+40 prosesi səylərin birləşdirilməsi üçün böyük imkandır"
"Mən ATƏT-in Parlament Assembleyasının 23-cü İllik Sessiyasındakı bütün iştirakçılara öz salamlarımı göndərməkdən məmnunam. Bugünün "Helsinki+40: hamı üçün bəşəri təhlükəsizliyə doğru" mövzusunda müzakirəsi, dörd onillik bundan əvvəl imzalanan Helsinki Yekun Aktı Prinsiplərinin icrasına ehtiyac olduğunu xatırlatmaq üçün təsirli bir vasitədir".
Bunu BMT-nin baş katibi Pan Gi Mun Bakıda keçirilən ATƏT Parlament Assembleyasının (PA) 23-cü illik sessiyasına müraciətində deyib. Müraciəti BMT-nin rezident əlaqələndiricisi Antonius Bruk təqdim edib.
Pan Gi Mun, həmçinin ATƏT PA-nın Ukraynaya dair xüsusi sessiya keçirmək barədə qərarını alqışlayıb: "Orada vəziyyət zorakılığın davam etməsi, qütbləşmə və bizim ümumi prinsiplərimizin açıq-aydın pozulması barədə ciddi narahatlığın artmasına səbəb olub. Bu işlər yalnız gərginliyi artıra və böhrandan çıxış yolu tapmağı daha da ləngidə bilər. Mən, bütün tərəfləri vəziyyəti yumşaltmaq üçün əllərindən gələni etməyə, eləcə də danışıqlar və dialoq vasitəsilə həll yolu tapmağa çağırıram. Bu məqsədlə, Prezident Poroşenkonun şərqdəki böhranın aradan qaldırılmasına dair son 14 maddəli sülh planı elan etməsi məni çox ruhlandırır. Ukraynadakı qırğın dayandırılmalıdır və biz icazə verə bilmərik ki, oradakı vəziyyətlə bağlı gərginlik digər ərazilərdəki ölümcül münaqişələrlə bağlı beynəlxalq fəaliyyəti iflic etməkdə davam etsin. Mən, Parlament Assembleyasının Rusiya Federasiyası və Ukrayna parlamentləri liderləri arasındakı dialoqa təkan vermək sahəsindəki cəhdləri də daxil olmaqla, Ukraynadakı böhranın həlli istiqamətində ATƏT-in liderlik fəaliyyətini yüksək qiymətləndirirəm. Birləşmiş Millətlər Təşkilatı, münaqişənin bütün mümkün vasitələrlə sülh yolu ilə həllini dəstəkləməkdə həmişə hazırdır".
Baş katib ATƏT PA-nın ekstremizm, radikalizm və ksenofobiyanın güclənməsi ilə bağlı vəziyyəti diqqət mərkəzində saxlamasını da yüksək dəyərləndirdiyini deyib: " İnsan hüquqlarının müdafiəsi çox böyük əhəmiyyət kəsb edir. Mənim bu yaxınlardakı Hüquqların İrəli Çəkilməsi adlı təşəbbüsüm təhlükəsizlik şəraitinin pisləşməsi və münaqişə yaratmağa meyllilik əlaməti olan hüquq pozuntularına qarşı BMT sisteminin profilaktik və cavab tədbirlərinin inkişaf etdirilməsi istiqamətində bir mexanizmdir. Təxirəsalınmaz problemlərlə üz-üzə gəldiyinizə görə, mən sizi sülh üçün daha dərin özül yaratmaq məsələsini diqqət mərkəzində saxlamağa çağırıram. 2015-ci il həlledici ildir; bu, qlobal iqlim müqaviləsinin bağlanması, Minilliyin İnkişaf Məqsədlərinə nail olunması və davamlı inkişaf üçün yeni uzunmüddətli məqsədlərin qəbul edilməsi baxımından təyin edilmiş müddətin son tarixidir".
Pan Gi Mun qeyd edib ki, Helsinki+40 prosesi 2015-ci ildən sonrakı inkişaf mərhələsi üzrə fəaliyyət prosesi ilə səylərin birləşdirilməsi üçün böyük imkandır: "Hər nəsildə bir dəfə baş tutan bu hər iki imkanda parlamentarilərin rolu əvəzedilməzdir. Siz xalqların səsini təmsil edirsiniz. Siz yeni siyasətlər çərçivəsinin yaradılmasına dəstək sahəsində cəmiyyətlər daxilində və onlar arasında həmrəylik yaratmağa köməklik göstərə bilərsiniz və Siz, yeni gündəliyin həyata keçirilməsində əsas rol oynayacaqsınız. Mən sizə dünya xalqlarının bizdən gözlədikləri etimadları doğrultmaq üçün qüvvələrinizi bizimlə birləşdirdiyinizə görə təşəkkürümü bildirir və həm bu Assembleyada, həm də bundan sonrakı fəaliyyətinizdə sizə böyük uğurlar arzu edirəm".
-
Səhiyyə2 May 21:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən xanıma yenidən VƏZİFƏ VERİLİR? - FOTO
-
Magazin22 May 21:00
Britni Spirs nəhayət ərindən BOŞANDI
-
Sosial2 May 20:36
Amin Musayev ilk dəfə əsir düşdüyü yerdə - VİDEO
-
Sosial2 May 19:00
Azərbaycanda ŞOK OLAY: kişi dostunun 14 yaşlı qızını qaçırdı, sonra...
-
Sosial2 May 18:36
Direktorla qadın müəllim arasında DAVA: müəllimin halı pisləşdi, təcili yardım gəldi - FOTO
-
Magazin12 May 18:12
Aygün Kazımova ilə çobanın söhbəti gündəm oldu - VİDEO
-
Dünya2 May 17:55
Bu ölkənin bayrağı ilə "Avroviziya"ya giriş qadağan edildi
-
Avropa2 May 17:12
Gürcüstana xəbərdarlıq edildi: Qəbuledilməzdir!