Azərbaycan bir neçə ölkə ilə güzgülü statistika ilə işləməyə də razılıq əldə edib - DGK
Bizi izləyin

İqtisadi gündəm

Azərbaycan bir neçə ölkə ilə güzgülü statistika ilə işləməyə də razılıq əldə edib - DGK

“Azərbaycanın 2 il müddətinə Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Gömrük Əməkdaşlıq Şurasının sədr müavini, Avropa Regionu üzrə rəhbəri seçilməsi son zamanlar Prezident İlham Əliyevin ölkədə həyata keçirdiyi islahatların nəticəsidir”.

Bunu Dövlət Gömrük Komitəsinin (DGK) sədr müavini İqbal Babayev bildirib.

Onun sözlərinə görə, son zamanlar ölkədə gömrük orqanlarında şəffaflıq nəzərə çarpır, gömrük sahəsində istər fiskal, istərsə də qaçaqmalçılıq sahəsində ciddi nailiyyətlər əldə edilib”.

İ. Babayev xatırladıb ki, aprelin 25-də Rusiyanın Sankt-Peterburq şəhərində ÜGT Avropa Regionu Gömrük Xidməti Rəhbərlərinin Konfransı keçirilib: “Beynəlxalq tədbirdə Azərbaycanı DGK-nın sədri Səfər Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib. Konfransda ÜGT Avropa regionunun tranzit sistemlərinin uyğunlaşdırılması, ÜGT-də əlavə dillərin istifadəsi, ÜGT-yə qoşulma ilə əlaqədar işçi qrupun fəaliyyətinin nəticələri, ÜGT-də fəaliyyətin qiymətləndirilməsi alətinin hazırlanması, 2019-2022-ci illər üzrə hazırlanacaq Strateji Planda Avropa regionunun prioritetləri, ÜGT-nin qayda və prosedurlarının təkmilləşdirilməsi, ÜGT-nin regional laboratoriyalarının texniki şərtlərinin qəbul edilməsi, ÜGT Avropa regionunun ÜGT-nin Komitə və orqanlarında təmsil edilməsi məsələləri müzakirə edilib”.

Bundan başqa, sədr müavininin sözlərinə görə, konfransda ÜGT-nin Potensialın Gücləndirilməsi üzrə Bakıda yerləşən Avropa Regional Ofisinin rəhbərinin və ÜGT-nin Maliyyə Komitəsinin sədrinin hesabatları dinlənilib və bundan sonra ÜGT-nin Gömrük Əməkdaşlıq Şurasının sədr müavini, Avropa Regionu üzrə rəhbəri vəzifəsinə seçkilər keçirilib: “Seçkilər zamanı ayrılmış vaxtın sonuncu saatında qeyd olunan vəzifəyə Avropa İttifaqı (Aİ) Yunanıstanın namizədliyini irəli sürüb. Məhz bu namizədliyi Aİ dəstəklədiyi üçün gərgin müzakirələr aparılıb. Ümumi razılıq əldə olunmadığından məsələnin müzakirəsi növbəti günə keçirilib. Bununla əlaqədar, Azərbaycan nümayəndə heyətinin gün boyunca Aİ-nın nümayəndələri, o cümlədən Yunanıstan, Böyük Britaniya və Rusiya gömrük xidmətlərinin rəhbər vəzifəli şəxsləri ilə məsələyə dair geniş spektrli müzakirələr aparılıb. Daha sonra, Konfransın öz işini davam etdirdiyi dövrdə məsələ yenidən müzakirə edilib və Böyük Britaniya gömrük xidmətinin rəhbəri Azərbaycanın namizədliyi barədə öz müsbət mövqeyini bildirib, bununla yanaşı, Qazaxıstan, Türkiyə, Belarus gömrük xidmətlərinin nümayəndələri də müsbət rəylə çıxış edib və ağır keçən müzakirələrdən sonra Azərbaycan 2 il müddətinə ÜGT-nin Gömrük Əməkdaşlıq Şurasının sədr müavini, Avropa Regionu üzrə rəhbəri seçilib. Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə, o cümlədən gömrük sistemində aparılan ciddi islahatların məntiqi nəticəsidir ki, Azərbaycan Respublikası 52 dövləti özündə birləşdirən ÜGT Gömrük Əməkdaşlıq Şurasının sədr müavini, Avropa Regionu üzrə rəhbəri seçildi. Avropa məhz bu mütərəqqi islahatlara səs verib”.

İ. Babayev əlavə edib ki, Azərbaycanın bu mötəbər təşkiltada sədrlik etməsinə səbəb son illər Azərbaycanın həyata keçirdiyi Trans-Anadolu qaz boru kəməri, Formula-1 kimi mötəbər yarışların keçirilməsi səbəb olub”.

Onun sözlərinə görə, ölkənin son zamanlar tranzit xabına çevrilməsi, yükdaşıma həcminin artması da bu quruma rəhbər seçilməyimizə səbəb olub: “Bundan başqa, ticarətin asanlaşması, iqtisadiyyatın davamlı olmasını bir daha isbat edib”.

İ. Babayev ölkəmizin bu quruma sədrliyin Azərbayacana nə verəcəyinə gəldikdə bildirib ki, bundan sonra bütün rəhbər şəxslərin iclasları növbəti 2 ildə Azərbaycanda keçiriləcək: “Sevindiricidir ki, buna iclaslara Azərbaycan, rəhbərlik edəcək”.

O, həmçinin deyib ki, Azərbaycanın 2 il müddətinə ÜGT-nin Gömrük Əməkdaşlıq Şurasının sədr müavini, Avropa Regionu üzrə rəhbəri seçilməsi ölkəyə əlavə maliyyə axınını genişləndirəcək: “Bundan başqa, ölkənin turizm potensialını artıracaq. Digər tərəfdən Azərbaycanın dünya siyasi arenasında ölkəmizin sözünün möhkəmlənməsinə yardımçı olacaq. Həmçinin, Azərbaycana Dağlıq Qarabağ problemini bu komitənin üzvləri vasitəsilə dünyaya bir daha çatdırmağa imkan yaradacaq”.

İ. Babayev bildirib ki, konfransda çıxışı zamanı DGK sədri Səfər Mehdiyev Azərbaycanın bütün ölkələrlə güzgülü statistika ilə işləməyə hazır olduğunu bildirib ki, bu da konfransda iştirak edənlərdə təəccüb yaradıb: “Artıq Azərbaycan hətta bir neçə ölkə ilə güzgülü statistika ilə işləməyə də razılıq əldə edib. Azərbaycanın Avropa Regionu üzrə rəhbəri seçilməsi üçün bu amil də daha bir səbəb olub”. (report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm