İqtisadi gündəm
Ekspertdən neftin qiyməti ilə bağlı PROQNOZ
Ağ Ev ticarət müharibəsinin yumşalacağı mesajını versə də, bunun uzunmüddətli olacağı gözlənilir. Məhz bu səbəbdən də “Brent” markalı neftin 1 barrelinin qiymətinin 60 dolları keçməsinə baxmayaraq, ciddi qiymət artımları müşahidə edilmir.
Axar.az xəbər verir ki, bu sözlərlə iqtisadçı alim Vüqar Bayramov çıxış edib. Tramp Administrasiyasının Çinə qarşı sentyabrın 1-nə planlaşdırılan tarif artımlarını təxirə salmasından və nəticələrindən danışan ekspert bildirib ki, bu, qlobal birjalara təsirsiz ötüşməyib:
“Doğrudur, Asiya birjalarında canlanma müşahidə olunur. Amma hələlik investorlar qlobal iqtisadi artım tempinin azalmayacağına və ABŞ-da seçkiqabağı yeni sürprizlərin olmayacağına əmin deyillər”.
Ekspertin fikrincə, bu o deməkdir ki, yeni tariflərin tətbiqinin təxirə salınmasına baxmayaraq, hələ də strateji məhsulların qiyməti təzyiq altındadır:
“Bu baxımdan da neftin qiymətinin yaxın zamanlarda yenidən 60 dollarlıq həddin aşağısına düşəcəyi istisna deyil. Bütün hallarda birjaların Ağ Evdən gələn xəbərə reaksiyası bir daha təsdiq edir ki, ticarət müharibəsi hələ uzun müddət qlobal iqtisadiyyatın əsas mesajı olaraq qalacaq”.
-
Ekopublika.az19:10
Azərbaycanda helikopterlər satışa çıxarılır - QİYMƏT
-
Nida Xəbər 18:50
Milli qəhrəmanlardan kimlər sağdır? - Siyahı
-
Kriminal18:40
Azərin şikayəti rədd edildi, Zəhra ev dustaqlığına buraxıldı - Tiktokçulardan xəbər var
-
Sosial16:58
TƏBİB-dən təyyarə qəzasında xəsarət alanlarla bağlı məlumat
-
Cənubi Qafqaz16:10
Ermənistanın keçmiş müdafiə naziri Rusiyada saxlanıldı
-
İKT14:40
Bu proqramları telefonunuzdan dərhal silin: Kredit kartı məlumatlarını oğurlayırlar - SİYAHI
-
Sosial13:40
Uçuşu idarə edən şəxs etiraf etdi – “Təyyarə Qroznıya enə bilərdi, amma...”
-
Sosial12:55
Bakıdan Aktauya uçan təyyarədə problem yarandı