İqtisadi gündəm
Komitə sədrindən baş idarələrin rəhbərlərinə TAPŞIRIQ
Sentyabrın 7-də Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev, Komitə sədrinin müavinləri və aidiyyəti strukturların rəhbərləri Aksizli Mallar üzrə Baş Gömrük İdarəsi və Bakı Baş Gömrük İdarəsində mövcud vəziyyətlə tanış olublar və hər iki qurumda xidməti müşavirə keçirilib.
DGK-dən Publika.az-a verilən məlumata görə, Komitə sədri idarələrdə gömrük işinin təşkili prosesini müşahidə edib, gömrük əməkdaşlarına müvafiq tapşırıqlarını verib, sahibkarlarla görüşərək onların fikirlərini, xidmətin təşkili barədə təklif və rəylərini dinləyib.
Hər iki qurumda keçirilən xidməti müşavirələrdə çıxış edən Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev Prezident İlham Əliyevin gömrük sistemində həyata keçirdiyi islahatlar, bu islahatların beynəlxalq ticarətin asanlaşdırılması, gömrük prosedurlarının sadələşdirilməsi, vətəndaş məmnuniyyətinin və şəffaflığın təmin olunmasında mühüm rolundan bəhs edib.
Gömrük sistemində son dövrlərdə mühüm nailiyyətlər əldə edildiyini bildirən Səfər Mehdiyev hələ də bəzi nöqsanların olduğunu diqqətə çatdırıb və çatışmazlıqların aradan qaldırılması istiqamətində müvafiq qurumların rəhbərlərinə tapşırıq və tövsiyələrini verib.
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi
-
Səhiyyə25 Aprel 23:12
Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər
-
Magazin125 Aprel 22:48
Müşfiq Musanın məşhur mahnısını oxudu - VİDEO
-
Magazin125 Aprel 22:00
Firuzə İbadova həmin xəbəri TƏKZİB ETDİ: "Onun ruhu şad olsun deyə..."