İqtisadi gündəm
"Bütün məsuliyyət Ermənistanın üzərindədir"
Beynəlxalq Qara Dəniz və Xəzər Dənizi Əməkdaşlıq və Tərəfdaşlıq Fondunun verdiyi bəyanatda Ermənistan və Azərbaycanın dövlət sərhədində, qoşunların Azərbaycanın işğal edilmiş ərazilərindən keçən təmas xəttində atəkəs rejiminin daim pozulması ilə bağlı narahatlıq ifadə olunur.
AzVision.az xəbər verir ki, bəyanatda deyilir: "Azərbaycan
rayonlarının dinc əhalisinin Ermənistan Silahlı Qüvvələri
tərəfindən nizamsız atəşə tutulması xüsusi narahatlıq doğurur.
Bunun nəticəsində bir neçə adam həlak olub, çoxlu sayda mülki
vətəndaş, o cümlədən uşaqlar yaralanıblar". Sənəddə vurğulanır ki,
Ermənistan Silahlı Qüvvələri cəmi bir neçə həftə əvvəl bir nəfəri
qətlə yetirib, iki mülki şəxsi ələ keçirib. Valideynlərinin,
əcdadlarının məzarlarını ziyarət etmək üçün Kəlbəcər rayonun işğal
edilmiş ərazisinə yollandıqları üçün bu şəxslərə işgəncə veriblər.
Beynəlxalq Fond əsir götürülən azərbaycanlıların indiyədək geri
qaytarılmadıqlarından narahatlıq keçirdiyini bildirib.
Bəyanatda vurğulanır: "Beynəlxalq Fond xatırladır ki, dövlətin
hüdudları çərçivəsində hərəkət etmək azadlığı hər bir insanın
fundamental hüququdur. "Barışığa aparan yol: Qara dəniz-Xəzər
dənizi regionunda uzun sürən münaqişələrin iqtisadi, sosial və
siyasi nəticələri və onların nizama salınmasının perspektivləri"
layihəsi çərçivəsində digər postsovet respublikaların ərazilərində
də uzun sürən münaqişələri araşdıran fond qeyd edir ki, Moldova və
Gürcüstan ərazilərindəki münaqişələr kontekstində bu ölkələrin
vətəndaşları münaqişəli zonalarda hərəkət etmək üçün müəyyən
imkanlara malikdirlər. Ermənistan-Azərbaycan münaqişəsinə gəldikdə
isə öz doğma yurd-yuvalarından didərgin salınmış azərbaycanlılar
hətta əcdadlarının məzarlarına baş çəkmək hüququndan
məhrumdurlar".
Bəyanatda daha sonra deyilir: "Son hadisələr bir daha sübut edir
ki, atəşi dayandırmaq barədə beynəlxalq çağırışlara baxmayaraq,
Ermənistan beynəlxalq birliyin rəyini qulaqardına vurmağa,
Azərbaycanın yaşayış məntəqələrini atəşə tutmağa, azərbaycanlılara
qarşı nifrəti alovlandırmağa davam edir. Belə olan halda Ermənistan
təkcə qanunsuz işğala, çoxsaylı insan itkilərinə və erməni işğalı
nəticəsində doğma torpaqlarından qanunsuz qovulan yüz minlərlə
insanın məhrumiyyətinin davam etməsinə görə deyil, həm də bu
yaxınlarda zorakılığın eskalasiyasına və gələcəkdə insan itkilərinə
görə tam məsuliyyət daşıyır".
Bəyanatda deyilir: "Bütün bu hadisələr bir daha göstərir ki,
işğalın davam etməsi, dövlətlərin suverenliyinin və ərazi
bütövlüyünün pozulması təkcə regional deyil, həm də ümumavropa
təhlükəsizliyinə təhdiddir. Beynəlxalq Fond hesab edir ki, işğalçı
qoşunların Azərbaycan ərazilərindən tam və qeyd-şərtsiz
çıxarılması, münaqişənin BMT Təhlükəsizlik Şurasının müvafiq
qətnamələri, Avropa Şurasının və ATƏT-in digər müvafiq sənədləri
əsasında həll olunması yaranmış vəziyyətdən yeganə çıxış yoludur və
insan itkilərinin qarşısının alınmasının qarantıdır.
27 ölkənin politoloq, ekspert, alim və ziyalılarını birləşdirən
Beynəlxalq Fond münaqişənin həllinə dair yüksək səviyyəli görüş
ərəfəsində Ermənistana müraciət edərək, onu davam etdirdiyi
siyasətin bütün nəticələri barədə bir daha düşünməyə, atəşkəs
rejimini bərpa etməyə və münaqişənin nizama salınmasına dair
danışıqlar prosesində konstruktiv mövqe tutmağa çağırıb.
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu
-
Hadisə10 May 21:25
Kürdəxanı təcridxanasında bit yayılıb? - RƏSMİ AÇIQLAMA
-
Hadisə10 May 20:15
Oteldəki zəhərlənmə ilə bağlı YENİ ŞOK İDDİA