Daha 11 müəssisənin Rusiyaya pomidor ixracına icazə verildi
Bizi izləyin

İqtisadi gündəm

Daha 11 müəssisənin Rusiyaya pomidor ixracına icazə verildi

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti ("Rosselxoznadzor”) iyulun 1-dən etibarən Azərbaycanın daha 11 müəssisəsinə Rusiyaya pomidor tədarük etməyə icazə verib.

Publika.az xəbər vrir ki, bu barədə "Rosselxoznadzor" məlumat yayıb.

Qeyd edilib ki, qərar birgə video-müayinələr zamanı seçilən məhsul nümunələrinin karantin fitosanitar ekspertizasının nəticələrindən sonra, həmçinin Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) zəmanəti ilə verilib. Beləliklə, bu günə qədər ümumilikdə Rusiya Federasiyasının müvafiq qurumu tərəfindən 152 pomidor istehsalı müəssisəsindən Rusiyaya məhsul ixracına icazə verilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm