İqtisadi gündəm
Azərbaycanda devalvasiya olacaq? - Baş bankir AÇIQLADI
Azərbaycan Mərkəzi Bankı (AMB) manatın məzənnəsi, ölkədə yenidən devalvasiya olacağı barədə fikirlərə münasibət bildirib.
Publika.az "Report"a istinadən xəbər verir ki, bu barədə qurumun sədri Elman Rüstəmov keçirdiyi mətbuat konfrasında danışıb.
"Biz medianı izləyirik. Mənə də maraqlıdır ki, belə başlıqlarla yazılan xəbərlər haradan yaranır. Bu iddiaların heç biri peşəkar şəxslərin deyil. Mövcud makroiqtisadi şərait iqtisadi inkişafı dəstəkləyir. Biz tədiyyə balansında əhəmiyyətli profisit gözləyirik. Bildiyiniz kimi beynəlxalq təşkilatlar neft qiymətləri proqnozunu əhəmiyyətli dərəcədə qaldırıb. Biz isə dövlət büdcəmizdə neftin qiymətini 50 dollar civarında götürmüşük. Bu gün Milli Məclisdəki sənədlər İqtisadi Şurada müzakirə olunub. Manatın məzənnəsinə heç bir təhdid və təzyiq yoxdur. Əksinə, manatın məzənnəsinin möhkəmlənməsinin əhəmiyyətli təzyiqi var. Bu, bizim iqtisadi strategiyamıza uyğun deyil. Ona görə də ilin sonuna qədər bu təzyiqin azalması gözlənilir. Əhalini belə qeyri-professional yazılarla həyəcanlandırmaq lazım deyil. Mən hamını ciddi sosial məsuliyyətə dəvət edirəm", - deyə o, qeyd edib.
-
Yaxın Şərq13:01Bəşər Əsədə ölüm hökmü verildi
-
Dünya11:44Türkiyədən PKK ilə bağlı şok qərar - Minlərlə üzvə amnistiya yolu açıldı
-
Yaxın Şərq10:44İsrail bu ərazidə yeni yəhudi yaşayış məntəqəsi salır: 650 ev tikiləcək
-
ABŞ09:55Trampı belə qoruyurlar: Qolf oynayarkən ətrafına görün nə yerləşdirildi
-
ABŞ09:00Hamı Trampın həmin təyyarədə olduğunu zənn edirdi, sən demə... - İrana qarşı "yem" əməliyyatı
-
Elm və təhsil08:37Tələbələrin dərs saatı dəyişir? - Bakıda yeni hazırlıq
-
Hadisə07:35Dənizdə boğulma halları niyə artır? - Video
-
ABŞ02:43Tramp bəyan etdi: Hörmüz minalardan tamamilə təmizlənib




















.jpg)


















