İqtisadi gündəm
Erməni nazir yenidən cəbhə xəttində
Ermənistan millət vəkilləri və müdafiə naziri sərhəd
kənd sakinləri ilə görüşüb.
Publika.az-ın məlumatına görə, Ermənistan Milli Məclisində təmsil
olunan altı fraksiyanın üzvləri və müdafiə naziri Seyran Ohanyan
Azərbaycanın Tovuz rayonu ilə həmsərhəd kəndlərin əhalisi ilə
görüşüblər. Bu barədə BBC xəbər verir.
Ermənistan parlamenti Azərbaycanla həmsərhəd kənd sakinlərinə
imtiyazlar təqdim etmək təklifilə hökumətə müraciət etməyə
hazırlaşır. Parlament üzvləri Ermənistanın Tavuş vilayətinə baş
çəkdikdən sonra bu qərara gəliblər.
"Jaranqutyun" ("İrs") fraksiyasının nümayəndəsi Ruben Hakobyan
deyib ki, kənd sakinləri ilə söhbətlər nəticəsində onların bir sıra
təklifləri qeydə alınıb və parlamentdə təmsil olunan altı siyasi
qüvvə həmin təkliflər əsasında imtiyazlar paketini hazırlayaraq
hökumətə təqdim etməyə hazırlaşırlar.
Bundan başqa, "Erməni Milli Konqresi" fraksiyasının üzvü Nikol
Paşinyan Milli Məclisin gündəliyinə "Ermənistanın sərhədyanı
icmaları haqqında" qanun layihəsini təqdim edib. Bu barədə millət
vəkili öz Facebook səhifəsində məlumat verib.
Paşinyanın "iyul və avqust aylarında sərhəd bölgəsinə səfər və
yerli əhali ilə müzakirələr nəticəsində" hazırladığı qanun layihəsi
üzrə bu bölgə sakinləri üçün:
- elektrik enerjisi, qaz, içməli və suvarma suyunun ödənişlərinə 50
faiz güzəşt,
- torpaq və əmlak vergisindən azad olunması,
- atəşkəsin pozulması nəticəsində evsiz qalan əhalinin bir ay
ərzində eyni ərazidə müvafiq yaşayış şəraitlərinin təmin
olunması,
- atəşkəsin pozulması nəticəsində xəsarət alanların dövlət hesabına
müalicə olunması nəzərdə tutulur.
-
Hadisə14:08
Bakının mərkəzində özünü binadan atan 37 yaşlı kişi şirkət işçisi imiş - FOTOLAR
-
Sosial13:18
Azərbaycanda uşağa görə bu ailələrə 435 AZN pul veriləcək - RƏSMİ
-
Sosial13:06
Sabah yağış yağacaq, külək əsəcək - PROQNOZ
-
Sosial12:30
Bakının bu qəsəbəsində hamı evini satır - 25-30 min...
-
Sosial11:35
Bakıda yanan TIR-da yatan sürücü son anda XİLAS EDİLDİ - VİDEO
-
Cənubi Qafqaz09:50
Paşinyan 1000-dən çox xüsusi təyinatlını sərhədimizə göndərdi - Nə baş verir?
-
Hadisə09:35
Tanınmış aşığın gəlini evdən qaçdı - VİDEO
-
Nida Xəbər 09:30
Ermənistan polisi Azərbaycanla sərhəddə xüsusi əməliyyat keçirir - Saxlanılanlar var