İqtisadi gündəm
Azərbaycanın əsas ixrac və idxal tərəfdaşları açıqlandı
2021-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanın məhsul ixrac və idxal etdiyi əsas ölkələr məlum olub.
Dövlət Statistika Komitəsindən Publika.az-a verilən məlumata görə, neft-qaz məhsulları üzrə ixracın 38,6 faizini İtaliyaya, 13,2 faizini Türkiyəyə, 4,2 faizini Rusiyaya, 3,8 faizini İspaniyaya, 3,7 faizini Xorvatiyaya, hər biri 3,5 faiz olmaqla İsrail və Gürcüstana, 3,4 faizini Hindistana, hər biri 2,6 faiz olmaqla Portuqaliya və Tunisə, 2,3 faizini Birləşmiş Krallığa, 2,2 faizini Ukraynaya, hər biri 1,6 faiz olmaqla Belarus və Almaniyaya, hər biri 1,5 faiz olmaqla İsveçrə və Kanadaya, 1,1 faizini Yunanıstana, 9,1 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil edib.
Qeyri neft-qaz məhsulları üzrə ixracın dəyərində Rusiyaya (32,4 faiz), Türkiyəyə (25,2 faiz), İsveçrəyə (9,6 faiz), Gürcüstana (6,7 faiz), ABŞ-a (3,0 faiz), Ukraynaya (2,0 faiz), Braziliyaya (1,7 faiz), Çinə (1,5 faiz), Belçikaya (1,5 faiz), Qazaxıstana (1,4 faiz), Türkmənistana (1,2 faiz), Birləşmiş Krallığa (1,1 faiz), Niderlanda (1,1 faiz) göndərilmiş malların payı üstünlük təşkil edib.
Ümumilikdə 2021-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 182 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 112 ölkəyə məhsul ixrac olunub, 169 ölkədən idxal edilib.
-
Mistika2 Yanvar 23:24
"Yeni Nostradamus"dan proqnozlar - 2025-ci ildə nələr baş verəcək?
-
Dəb2 Yanvar 22:48
Məşhur moda brendinin yaradıcı VƏFAT ETDİ - FOTO
-
Magazin12 Yanvar 22:24
Tolik MTV-dən getdi
-
Magazin22 Yanvar 21:12
Türkiyənin məşhur müğənnisi VƏFAT ETDİ - FOTO
-
Magazin12 Yanvar 20:34
Xanımından Azərlə bağlı paylaşım - FOTO
-
Rəsmi xronika2 Yanvar 20:24
Prezident ailə üzvləri ilə Şahdağ Turizm Kompleksində - FOTO / YENİLƏNDİ
-
Magazin12 Yanvar 20:12
Dostları Azərin vəziyyəti ilə bağlı AÇIQLAMA YAYDI - FOTO
-
Magazin12 Yanvar 19:36
“Çıxışlarım son anda təxirə salınır”