İqtisadi gündəm
İlham Əliyev Hacıqabul və Beyləqanda açılışlar etdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 28-də Hacıqabul-Bəhrəmtəpə yolunun Şirvan şəhərindən keçən hissəsində - Kür çayı üzərində inşa olunan avtomobil körpüsünün açılışında iştirak edib.
Publika.a Prezidentin rəsmi saytına istinadən xəbər verir ki,
dövlətimizin başçısı körpünün rəmzi açılışını bildirən lenti
kəsib.
Nəqliyyat naziri Ziya Məmmədov Prezident İlham Əliyevə məlumat
verib ki, körpünün uzunluğu 317 metr, eni isə 15 metrə yaxındır.
Artıq xeyli vaxt idi ki, istismar müddəti başa çatmış dəmir
konstruksiyalı körpü nəqliyyat vasitələrinin hərəkətində ciddi
problemlər yaradırdı. Dəfələrlə cari təmir işlərinin aparılmasına
baxmayaraq, körpünün yenisi ilə əvəz olunması zərurətə çevrilmişdi.
Beləliklə, 2011-ci ildən başlayan tikinti işləri yekunlaşıb və
yeni, müasir standartlara uyğun körpü artıq istismara hazırdır.
Diqqətə çatdırıldı ki, körpünün tikintisi zamanı nəqliyyat
vasitələrinin fasiləsiz və təhlükəsiz hərəkətini təmin etmək
məqsədilə mövcud dəmir konstruksiyalı köhnə körpüdə
tikinti-quraşdırma işləri həyata keçirilib.
***
İlham Əliyev Hacıqabul-Bəhrəmtəpə avtomobil yolunun Bulaqlı-Bəhrəmtəpə hissəsinin açılışında iştirak edib.
***
İlham Əliyev Beyləqanda ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib.
***
İlham Əliyev Beyləqanda Gənclər Mərkəzinin açılışında iştirak edib.
***
İlham Əliyev Beyləqan rayonuna səfəri çərçivəsində şahmat məktəbinin açılışında iştirak edib.
***
İlham Əliyev Beyləqanda uşaq bağçasının açılışında iştirak edib.
***
İlham Əliyev Beyləqanda əsaslı təmir və yenidənqurmadan sonra Mərkəzi Şəhər Stadionunda yaradılmış şəraitlə tanış olub.
***
İlham Əliyev Beyləqanda Birinci Şahsevən-Əhmədli-Dünyamalılar kəndlərini birləşdirən avtomobil yolunun istifadəyə verilməsi mərasimində iştirak edib.
-
Sağlamlıq03:18
Viaqra effekti verən qidalar – SİYAHI
-
Sosial02:00
Sevgi, yoxsa pul? - Bakıda maraqlı SORĞU - VİDEO
-
Qoroskop00:30
Günün ulduz falı: sizə mane olmağa çalışan adam qarşınıza çıxarsa...
-
Magazin200:15
Yıldız Tilbe polis maşınını vurdu
-
Nəqliyyat3 May 23:28
Bu yolda sürət həddi endirildi
-
Magazin13 May 23:15
Erməni baş prokurordan Kamil Zeynallı ilə bağlı AÇIQLAMA
-
Sosial3 May 22:14
Tarif Şurasından QƏRAR: Bu tarixdən qüvvəyə minəcək
-
Magazin23 May 21:30
Gənc aktyor evində ölü tapıldı