İstanbulda inflyasiya 100 faizi keçdi - QİYMƏT ARTIMI
Bizi izləyin

İqtisadi gündəm

İstanbulda inflyasiya 100 faizi keçdi - QİYMƏT ARTIMI

İstanbul Ticarət Palatasının məlumatlarına görə, İstanbulda istehlak qiymətlərini ölçən Yaşayış Qiyməti İndeksi sentyabr ayında illik 107% olub.

Publika.az xəbər verir ki, İstanbulda sentyabr ayında əvvəlki ayla müqayisədə pərakəndə satış qiymətləri 6%, topdansatış qiymətləri isə 2,94% artıb.

Bu məlumatlar illik olaraq təhlil edildikdə pərakəndə satışda 107,42 faiz, topdansatış qiymətlərində isə 98,17 faiz artım qeydə alınıb.

Sektorlar üzrə qiymət artımları

Sentyabrda əvvəlki ayla müqayisədə pərakəndə satış qiymətləri digər xərclərdə 53,23 faiz, mədəniyyət, təhsil və əyləncədə 9,66 faiz, məişət məmulatlarında 9,54 faiz, geyimdə 8,63 faiz, səhiyyə və fərdi qulluq xərclərində, mənzil qiymətlərində 8,37 faiz bahalaşıb. Ev istehlakı xərclərində 6,43 faiz, ərzaq xərclərində 3,64 faiz artım olduğu halda, nəqliyyat və rabitə xərcləri qrupunda 0,78 faiz azalma var./Fed.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm