İqtisadi gündəm
Ermənistanda məmur jurnalisti döydü (VİDEO)
Ermənistanın baş prokuroru parlament təhlükəsizlik
xidməti rəisinin jurnalistə hücumu ilə bağlı yayılan materialları
Xüsusi İstintaq Xidmətinə göndərib.
Saytlarda yayılmış videodan görünür ki, parlament təhlükəsizlik
xidmətinin rəisi Karen Hayrapetyan sentyabrın 9-da keçirilən aksiya
haqqında məlumat toplayan A1+ televiziya şirkətinin müxbiri Marine
Xaçatryana hücum edib və onun əlindəki "iPad"ı vuraraq yerə
salıb.
Publika.az məlumatına görə, həmin gün “Əks-zərbə” art-qrupunun
üzvləri parlamentin dəmir hasarından “Salam, Rob!” yazılı lövhə
asmışdılar.
Aksiyanın təşəbbüsçüləri bu aksiya ilə 13 il bundan əvvəl “Araqats”
kafesində prezident Robert Koçaryanı “Privet, Rob!” deyə salamlayan
şəxsin prezidentin mühafizəçiləri tərəfindən döyülərək
öldürüldüyünü xatırlatmaq istəyirdilər.
Bir neçə dəqiqə keçmiş parlamentin darvazasından çıxan bir kişi,
özünü təqdim etmədən, yazılı lövhəni qopararaq jurnalistə hücum
etmişdi.
Daha sonra Milli Məclisin Təhlükəsizlik xidmətinin rəisi Karen
Hayrapetyan olduğu aşkar olan şəxs digər jurnalistlərlə də kobud
tərzdə mübahisə edib.
Hadisə ilə bağlı bu gün bir sıra jurnalist və ictimai təşkilatlar
MM Təhlükəsizlik Xidməti rəisinin hərəkətlərini pisləyən bəyanat
yayıb, jurnalistin öz vəzifə borcunu yerinə yetirməsinə mane
olduğuna görə onun məsuliyyətə cəlb edilməsini tələb ediblər.
BBC
-
Magazin100:50
Sabiq nazirin idmançı kürəkəninin bu görüntüləri gündəm oldu - VİDEO
-
Qoroskop00:20
Günün qoroskopu: ünvanınıza çox tənqid səslənəcək...
-
Nəqliyyat6 May 23:16
Bu yolda sürət həddi 20 km/saata endirildi
-
Magazin16 May 23:04
İllərlə küsülü olan Brilliant Dadaşova və Abbas Bağırovun rəqsi - VİDEO
-
Dünya6 May 21:33
HƏMAS-la İsrail atəşkəs barədə razılaşdı
-
Sosial6 May 21:23
Deyirlər ki, puluna görədir... - 17 yaşlı qızla nişanlanan 37 yaşlı kişinin anası DANIŞDI - VİDEO
-
İdman6 May 21:13
22 yaşlı idmançı faciəvi şəkildə öldü
-
Qoroskop6 May 21:05
Bürclərin ən zəhlətökən xüsusiyyətləri