İqtisadi gündəm
Bu bankların lisenziyası ləğv edilə bilər - Ali Məhkəmədən "20% sürpriz"i
Azərbaycanın bank sektoru gözlənilməz istiqamətdən xoşagəlməz sürprizlə üzləşib. Baş verən yenilik ölkədə indiyədək mövcud olan bank-müştəri münasibətlərini və kredit qaydalarını tamamilə alt-üst edə və ciddi problemlərə səbəb ola bilər.
Publika.az xəbər verir ki, dekabrın 16-da Ali Məhkəmənin Mülki və Kommersiya kollegiyaları «Əqdə əsasən borclunun əmək haqqından akseptsiz qaydada tutmanın mümkün hədləri ilə bağlı qanunvericiliyin tətbiqi üzrə» Qərarda qəbul edib.
Qərardad ölkə banklarının birinin müştərisi ilə mübahisəsinin araşdırılması zamanı ortaya çıxan hallarla bağlı qəbul edilib. Sənədin məğzi ondan ibarətdir ki, «Kreditora (yəni banka) borclunun (yəni müştərinin) əmək haqqının 20 faizindən artıq həcmdə akseptsiz qaydada pul vəsaiti tutmaq hüququ verən müqavilə şərti etibarsızdır».
Məlumat üçün bildirək ki, akseptsiz qayda – vəsaitin müştərinin hər dəfə razılığı tələb olunmayan qaydada , sadə desək, avtomatik olaraq ödənilməsidir və hazırda ölkədə geniş istifadə edilir. Müştərinin bununla bağlı razılığı kredit müqaviləsində əvvəlcədən qeyd edilir.
Hazırda ölkədə tətbiq edilən praktikaya görə, kreditin aylıq ödənişinin hətta tam şəkildə maaşdan çıxılması da baş verir. Ali Məhkəmənin qərardadına görə isə avtomatik olaraq əmək haqqının maksimum 20%-i çıxıla bilər, bundan artıq məbləğin tutuması qanunsuzdur və müqavilədə bu barədə şərt olarsa həmin müqavilə etibarsız sayılacaq.
Ali Məhkəmə bu qərardadı qəbul edərkən Əmək Məcəlləsinin 176-cı maddəsinə istinad edir. Orada bu məsələ ilə bağlı 2 limit qoyulub:
“1. Hər dəfə əmək haqqı verilərkən tutulan bütün məbləğlərin ümumi miqdarı işçiyə verilməli olan əmək haqqının iyirmi faizindən və müvafiq qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə əlli faizindən artıq ola bilməz.
2. Əmək haqqından bir neçə icra sənədinə əsasən məbləğlər tutularkən, bütün hallarda işçinin əmək haqqının əlli faizi saxlanmalıdır.”
Amma hüquqşünaslar Ali Məhkəmənin qərarını və onun əsaslandırmasını yanlış sayırlar. Tanınmış hüquqşünas Əkrəm Həsənov bununla bağlı 2 səbəb göstərir. Belə ki, Əmək Məcəlləsində göstərilən maaşdan tutulma ilə bağlı limitlər yalnız dövlətin məcburi qaydada maaşın tutumasına aiddir. Yəni bu tələb bank kreditlərinə aid deyil. Qərardadda isə maaşın bank tərəfindən tutulmasından danışılır.
Digər səbəb daha maraqlıdır – məsələ bundadır ki, ödənilən pul o zaman maaş sayılır ki, onu işəgötürən tərəf ödəyir. Pul hesaba oturandan sonra o artıq maaş sayılmır və vətəndaşın əvvəlcədən verdiyi razılıqla buradan istənildən məbləğ tutula bilər. Başqa sözlə, qanunvericilikdə maaşdan tutulma dedikdə – pul işəgötürən tərəfindən ödənildikdə tutulma prosesi nəzərdə tutulur. Sonrakı proses isə maaşdan tutulma sayılmır.
Azərbaycan Banklar Assosiasiyasının hüquq ekspert qrupunun rəhbəri Qorxmaz Ağayevin sözlərinə görə də, Ali Məhkəmənin qərarı əsasızdır, əvvəla yuxarıda göstərilən səbəblərdən.
Məsələ bundadır ki, qanunvericilikdə məhdudiyyətlər (yəni əmək haqqından tutulması ilə bağlı Əmək Məcəlləsində göstərilən limitlər) yalnız şəxsin məhkəmədə olan işləri və icra işləri, əmək haqqı və sair məsələlərə aiddir: «Amma əgər mühtəri öz müqaviləsi ilə razılıq verib və kredit götürübsə, həmin kredit üzərindən onun vəsaitinin akseptsiz silinməsinə də razılığını əvvəlcədən veribsə, Ali Məhkəmənin bu qərarı müqavilə azadlığınn kobud şəkildə pozulması deməkdir».
Bankirlər hörmət əlaməti olara Ali Məhkəmənin bu qərarını «populist» adlandırmırlar, amma hesab edirlər ki, Ali Məhkəmənin yanaşması məhz publik məqsədlər üçün atılan addımdır.
Ali Məhkəmə bank sektoruna «gec partlayan mina» qoyub
Doğrudur, hazırda Ali Məhkəmənin qərardadı heç bir bank və hüquqi-fiziki şəxslər üçün məcburi deyil. Yəni bu sənəd ölkədə kredit verilməsi ilə bağlı yeni qayda müəyyən etməyib və banklar kreditləri indiyədə qədər olan qaydada və şərtlərlə verirlər.
Amma bu müvəqqətidir - sakitlik o vaxta qədər davam edə bilər ki, kimsə, müqavilədəki bu şərtdən məhkəməyə şikayət eləsin.
Ali Məhkəmənin kollegiyalarının Qərardadı məhkəmələr üçün tövsiyə xarakteri daşıdığına görə, məhkəmələr belə mübahisələrə baxanda həmin qərardadı əsas götürə bilərlər: «Bununla bağlı məhkəmə mübahisəsi yaransa, yəni hər hansı müştəri ondan vəsaitin avtomatik silinən hissəsinin əmək haqqının 20%-dən çox olmasına etiraz etsə, onda məhkəmələr Ali Məhkəmənin bu qərardadına və izahatına əsaslanaraq müştərinin xeyrinə qərar çıxara bilərlər» - bank sektoru üçün problem də onda başlayacaq. Kreditlərin qaytarılmasında və ümumilikdə bankların pşində problem yaranacaq.
Bank sistemində təcili toplantı
Buna görə də Ali Məhkəmənin qərardadı bank sistemi üçün ciddi problemə çevrilə bilər. Təsadüfi deyil ki, sözügedən qərardan dərhal sonra ölkə bankları bununla bağlı toplantı keçiriblər.
Azərbaycan Banklar Assosiasiyasının hüquq ekspert qrupunun rəhbəri Qorxmaz Ağayev Fed.az-a bildirib ki, qərardan dərhal sonra banklar arasında görüş keçirilib, Ali Məhkəmənin qərarı ilə bağlı yarana vəziyyət və bundan sonra atılacaq addımlar müzakirə edilib. Hələlik mühakirə hüquqşünaslar səviyyəsində aparılır, ABA bankların rəhbərləri səviyyəsində bu məsələ ilə bağlı qərar qəbul etməyib.
Müzakirələrdən sonra bank rəhbərləri və sahibləri AMB ilə razılaşdırmaqlı ortaq mövqeyi müəyyən edəcəklər.
«Biz demirik ki, Ali Məhkəmənin qərarını tanımırıq»
«Biz demirik ki, Ali Məhkəmənin qərarını tanımırıq, amma bu məsələ müzakirə edilməlidir». İlkin mövqe ondan ibarətdir ki, sözügedən məhkəmə prosesində Ali Məhkəmə öz qərarını çıxarandan sonra prosesin iştirakçısı olan bank bu məsələni Konstitusiya Məhkəməsində mübahisələndirəcək. Artıq məlumdur ki, bank bununla bağlı KM-ə müraciət edəcək.
Yeni qərarın Mərkəzi Banka yaradacağı problem
Ali Məhkəmənin bu qərarı Mərkəzi Bank üçün də problem yarada bilər. Daha dəqiqi bu məsələ bankların Mərkəzi Bankda yaratdığı ehtiyatların həcminə təsirin göstərir.
Məsələ ondadır ki, Mərkəzi Bankın qaydalarına görə, müştərinin akseptsiz silmə hüququ verdiyi müqavilələr üzrə banklar Mərkəzi Bankda daha az ehtiyat yaradırlar. Çünkp bu müqavilə kreditin ödənilməsi baxımından daha etibarlı sayılır. Bu qayda kredit müqaviləsindən götürüləcəyi təqdirdə isə bankların həmin müqavilələr üzrə yaradacağı ehtiyatların həcmi artmalıdır.
Buna görə də ABA bu məsələ ilə bağlı proseslərə Mərkəzi Bankı da cəlb etmək, onunla müzakirə aparmaq niyyətindədir.
Yeni qərarın dövlət büdəsinə yaradacağı problem
Məsələ təkcə Mərkəzi Bankla yekunlaşmır. Ali Məhkəmənin yeni qərardadı və onun nəticələri özünü bankların dövlət büdcəsinə ödənişlərində göstərə, daha dəqiqi bu ödənişləri azalda bilər.
Məsələ bundadır ki, adətən bankların mənfəəti hesablananda aktivlər üzrə mümkün zərərlər üzrə ehtiyatlar yaradılır və mənfəətin həcmindən çıxılır. Başqa sözlə, ehtiyatlar nə qədər çox yaradılırsa, mənfəət də o qədər azalır və buna uyğun olaraq büdcəyə ödənilən mənfəət vergisi də azalır.
Kredit müqavilələrində akseptsiz ödənişlərin qadağan edilməsi də məhz bununla nəticələnə bilər,
Nəhayət, bu məsələ təkcə banklar üçü deyil – müştərilərə də problem yaradacaq.
Kredit götürənlər üçün problem
Nə qədər qəribə olsa da, Ali Məhkəmənin ilk baxışdan borcalanı qorumaq üçün qəbul etdiyi bu qərardad borcalana özünə də zərər vura bilər. Əvvəla, bu yenilikdən sonra, banklar əmək haqqının 20%-dən artıq hissəsini tuta bilməyəcəklərini dəqiqləşdirəndən sonra müştərilərə daha az kredit verəcəklər. Çünki maaşdan tutulacaq məbləğ limitli olacaq. Məsələ bundadır ki, bir sıra vətəndaşlar əlavə gəlirləri olduğuna görə, maaşın bütün məbləğinin bank tərəfindən tuulmasına etiraz etmirlər. İndi isə hətta əlavə gəliri olanlar da bu məhdudiyyətlə üzləşə bilər.
Digər tərəfdən, hər hansı borcalan bankı bu səbəbdən məhkəməyə versə, bankın əks iddiası ilə rastlaşacaq. Çünki öz imzaladığı müqavilə ilə pulun tutulmasına icazə verib. Nəhayət, ekspertlərinin fikrincə, borcun ləngidilməsi, müştərir üzərinə əlavə faizlərin hesablanmasına səbəb olacaq. «Təsəvvür edin, mən borcalanam, 5 manat borc götürmüşəm, bank tərəfimdən vəsaitim vaxtında silinməsə mənə faizlər və cərimələr də hesablanacaq».
Məhz bu səbəblərdən banklar problemin tezliklə həllinə çalışırlar.
-
Ekopublika.az19:10
Azərbaycanda helikopterlər satışa çıxarılır - QİYMƏT
-
Nida Xəbər 18:50
Milli qəhrəmanlardan kimlər sağdır? - Siyahı
-
Kriminal18:40
Azərin şikayəti rədd edildi, Zəhra ev dustaqlığına buraxıldı - Tiktokçulardan xəbər var
-
Sosial16:58
TƏBİB-dən təyyarə qəzasında xəsarət alanlarla bağlı məlumat
-
Cənubi Qafqaz16:10
Ermənistanın keçmiş müdafiə naziri Rusiyada saxlanıldı
-
İKT14:40
Bu proqramları telefonunuzdan dərhal silin: Kredit kartı məlumatlarını oğurlayırlar - SİYAHI
-
Sosial13:40
Uçuşu idarə edən şəxs etiraf etdi – “Təyyarə Qroznıya enə bilərdi, amma...”
-
Sosial12:55
Bakıdan Aktauya uçan təyyarədə problem yarandı