Rusiya rüsumu azaltdı - Çörəyin qiyməti ucuzlaşır?
Bizi izləyin

İqtisadi gündəm

Rusiya rüsumu azaltdı - Çörəyin qiyməti ucuzlaşır?

Rusiya Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, noyabrın 29-dan etibarən, buğda ixracı üçün rüsum dərəcəsi 13,1 faiz azalacaq.

Publika.az xəbər verir ki, rüsum bir həftə əvvəlki 4395,4 rubl ilə müqayisədə 3820,2 rubl təşkil edəcək.

Qarğıdalının ixrac rüsumu bir ton üçün 1013,1 rubldan 642 rubla qədər azalacaq. Rüsumlar dekabrın 5-dən qüvvəyə minəcək. Məlum olduğu kimi, Rusiya Azərbaycanın taxıl idxal etdiyi ölkələrdən biridir.

Xatırladaq ki, 2023-cü ilin iyun ayından buğdaya ixrac rüsumunun hesablanması üçün baza qiyməti bir ton üçün 15 min rubldan 17 min rubla, arpa və qarğıdalıda bir ton üçün 13,875 rubldan 15,875 rubla qədər artırılıb.

Aysel Şahmar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm