İqtisadi gündəm
"Qarabağa investisiya qoymaq üçün müraciət edən 4 ABŞ şirkəti var"
“30 ilə yaxındır ki, Ermənistanın işğalı altında olan Azərbaycanın Qarabağ bölgəsinin azad edilməsi ölkəmiz üçün əlamətdar hadisə olmaqla yanaşı, həm də investisiyaların cəlb edilməsinə təkan verib”.
Publika.az xəbər verir ki, bu sözləri Vaşinqtonda səfərdə olan İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Azərbaycanın ABŞ-dakı səfirliyi, Vaşinqton Hökumətlərarası Peşəkar Qrupu və Dünya Ticarət Mərkəzinin birgə təşkilatçılığı ilə Azərbaycan-ABŞ əlaqələri, biznes mühiti və investisiyaların cəlb edilməsinə dair görüşdə çıxışı zamanı deyib.
O bildirib ki, Qarabağda aparılan genişmiqyaslı yenidənqurma işləri və biznesin bölgəyə qayıtması sahibkarlar üçün cəlbedici imkanlar yaradır.
“Hökumətin bu bölgə üçün hərtərəfli təşviq paketi biznesə marağı daha da artırıb. KOBİA hazırda Qarabağda biznes qurmaqda maraqlı olan yerli və xarici sahibkarların layihə təkliflərini qəbul edir. Bu günə qədər 2300-ə yaxın müraciət qeydə alınıb ki, onlardan 500-dən çoxu xarici investorlardır. Müraciət edənlər arasında 4 ABŞ şirkəti və investor da var. Əminəm ki, bugünkü tədbirdən sonra buradakı bəzi sahibkarlar Qarabağ və Azərbaycanda investisiya imkanlarını daha yaxından nəzərdən keçirəcəklər”, - deyə KOBİA sədri qeyd edib. (Azərtac)
-
Köşə10:00Messini “öldürməyin” yeganə yolu budur
-
İdman09:18Messi və dostları bu banneri açdılar, İngiltərəyə siyasi mesaj göndərdilər - FOTO
-
ABŞ08:24"Green card" almaq istəyənlərə pis xəbər - 100 min dollar təminat tələb ediləcək
-
ABŞ05:15Vensdən İran və İsraillə bağlı gözlənilməz etiraflar
-
Dünya02:44O da vəzifəsindən ayrılır
-
Region02:18ABŞ hücum etdi, İranda bir gündə 35 nəfər öldü
-
Qoroskop01:40Günün ulduz falı: Kompromisə getmək xeyrinizə olacaq
-
ABŞ15 İyul 23:55ABŞ İrana qarşı növbəti zərbələr dalğasına başladı












.jpg)
























