Ronaldo “Real”ın ulduzunu təriflədi
Bizi izləyin

İdman

Ronaldo “Real”ın ulduzunu təriflədi

“Real”ın sabiq hücumçusu Kriştiano Ronaldo “Los Blancos”un yarımmüdafiəçisi Cud Bellingem haqqında fikirlərini bölüşüb.

Publika.az xəbər verir ki, hazırda “Əl-Nəsr”də çıxış edən portuqaliyalı superulduz ingilis futbolçu haqqında xoş sözlər işlədib:

“Bellingem inanılmaz potensiala malikdir. O, böyük istedaddır. Cud əlverişli mühiti olan kluba gəlib və Kamavinqa, Rodrigo, Vinicius kimi oyunçularla birlikdə inkişaf edir. “Real” onun top futbolçu olmasına kömək edəcək komandadır. İnanıram ki, Bellingem öz nəslinin ən yaxşılarından biri olacaq”.

Qeyd edək ki, 21 yaşlı ingilis futbolçu 2023/24 mövsümünün sonunda “Qızıl top”a əsas namizədlərdən biridir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm