İqtisadi gündəm
İlham Əliyev Küveytin gənclər məsələləri üzrə dövlət nazirini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 29-da Küveytin gənclər məsələləri üzrə dövlət naziri Şeyx Salman Sabah Salem əl-Hamud əl-Sabahı qəbul edib.
Nazir Şeyx Salman Sabah Salem əl-Hamud əl-Sabah Küveyt Dövlətinin
Əmiri Şeyx Sabah əl-Əhməd əl-Cabir əs-Sabahın, Küveyt Şahzadəsi və
Baş nazirinin salamlarını və ən xoş arzularını dövlətimizin
başçısına çatdırdı.
Qonaq Bakıda keçirilən Gənclər Siyasəti üzrə Birinci Qlobal Forumun
işə başlaması münasibətilə Prezident İlham Əliyevi və bütün
Azərbaycan xalqını təbrik etdi. Ölkəmizdə olmağından məmnunluq
hissi keçirdiyini deyən Küveytin dövlət naziri dəvətə və göstərilən
qonaqpərvərliyə görə minnətdarlığını bildirdi.
Prezident İlham Əliyev Küveytə səfərini və Küveyt rəhbərliyi ilə
keçirdiyi görüşləri məmnunluqla xatırladı. Ölkələrimiz arasında
mövcud olan əlaqələrin ikitərəfli əməkdaşlığın yaxşı nümunəsi
olduğunu bildirən dövlətimizin başçısı Azərbaycan ilə Küveytin
beynəlxalq təşkilatlar çərçivəsində də daim bir-birini
dəstəkləməsinin və maraqlarını müdafiə etməsinin önəmini vurğuladı.
Prezident İlham Əliyev ölkələrimiz arasında gənclər siyasəti
sahəsində əlaqələri genişləndirməyin vacib olduğunu bildirdi.
Azərbaycan Prezidenti İlham Əliyev Küveyt Dövlətinin Əmiri,
Şahzadəsi və Baş nazirinin salamlarına görə təşəkkürünü bildirdi,
onun da salamlarını Küveyt Dövlətinin Əmiri, Şahzadəsi və Baş
nazirinə çatdırmağı xahiş etdi.
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO