Ərəblərin Azərbaycana yeni axını başladı - Səbəb odur ki...
Bizi izləyin

İqtisadi gündəm

Ərəblərin Azərbaycana yeni axını başladı - Səbəb odur ki...

“Ərəb ölkələrindən Azərbaycana gələn turistlərin sayı yenidən artmağa başlayıb. Bu ilin ilk ayında ölkəmizə 165,8 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 39,3 faiz çox tursit gəlib. Gələnlərin 27,5 faizi Rusiya, 19,8 faizi Türkiyə, 9,7 faizi İran, 6,1 faizi Hindistan, 4,9 faizi Gürcüstan, 3,5 faizi Səudiyyə Ərəbistanı, 2,9 faizi Qazaxıstan, 2,7 faizi Birləşmiş Ərəb Əmirlikləri vətəndaşları olublar”.

Publika.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb.

Deputat əlavə edib ki, turistlərin mənşə coğrafiyasında dəyişiklik davam edir:

“Ötən ilin eyni dövrü ilə müqayisədə Çindən gələnlərin sayı 3,9, Qırğızıstandan - 3,4, Bəhreyndən - 2,7, Səudiyyə Ərəbistanından - 2,7, Hindistandan - 2,5, Omandan - 2,4, Özbəkistandan - 2,4, Tacikistandan - 2,3, Qazaxıstandan - 2,3, Filippindən - 1,8, İtaliyadan - 1,7, İspaniyadan - 1,7, Türkmənistandan - 1,7, Küveytdən - 1,6, Cənubi Koreyadan - 1,6, İordaniyadan - 1,6 dəfə artıb.

Digər diqqəti çəkən məqam 2 illik azalmadan sonra yenidən körfəz ölkələrindən gələnlərin sayının artmasıdır. 2023-cü ilin yanvar ayı ilə müqayisədə MDB ölkələrindən gələnlərin sayı 25,1 faiz artaraq 61,3 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 1,5 dəfə artaraq 4,7 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 1,6 dəfə artaraq 35,1 min nəfər olub. Ərəb ölkələrdən gələnlərin sayının artması mövsümi faktorlar ilə bağlı olsa da, o regiondan ölkəmizin turizm imkanlarına yenidən marağın artması müşahidə edilməkdədir”.

Aysel Şahmar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm