"Trendyol" Azərbaycanda müştəri sayını 3 milyona, dövriyyəni isə 3 milyarda çatdıracaq
Bizi izləyin

İqtisadi gündəm

"Trendyol" Azərbaycanda müştəri sayını 3 milyona, dövriyyəni isə 3 milyarda çatdıracaq

"Trendyol" Azərbaycanda müştəri sayını 3 milyona, alış-veriş dövriyyəsini 3 milyard manata, məhsul sayını isə 60 milyona ədədə çatdırmağı hədəfləyir.

Publika.az xəbər verir ki, bunu "Trendyol"un Bakıda "Crescent" biznes mərkəzində ofisinin açılışından sonra keçirilmiş mətbuat konfransında "Trendyol"un Baş İcraçı direktoru Erdem İnan bildirib.

Erdem İnan qeyd edib ki, hazırda Azərbaycanın elektron ticarət bazarının həcmi illik 2 milyard dollardır. 2028-ci ildə Azərbaycanda 1 milyard dollarlıq ticarət həcmi yaratmağı, 3 milyon müştəriyə illik 60 milyon ədəd məhsulu çatdırmağı hədəfləyir. Bu hədəflərə nail olmaq üçün rəqəmsal ekosistemin bütün iştirakçıları, o cümlədən müştərilər, satıcılar, media agentlikləri, influserlər, logistika tərəfdaşlarımız, finteklər, banklar ilə birlikdə çalışacağıq".

Erdem İnan bildirib ki, bu yola "PAŞA Holdinq"lə birgə çıxdıq. Birlikdə çalışaraq bir çox həlli, məhsulu, xaricdə qazandığımız təcrübələri Azərbaycan bazarına gətirəcəyik. Qeyd etməliyəm ki, Azərbaycanın elektron ticarət bazarının həcminin 2030-cu ilədək illik orta hesabla 13% artacağına ümidliyik. Azərbaycan hələ e-ticarət yolunun başlanğıcındadır: "Azərbaycanın dinamikasına, gələcəyinə və potensialına inandığımız üçün bu bazara addım atmışıq. Azərbaycanda elektron ticarət bazarının böyüməsi ilə birlikdə biz də rəqəmsal ekosistemə öz dəstəyimizi göstərəcəyik". (Fed.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm