İqtisadi gündəm
İsrail İrana hücum edərsə, neft bu qiymətə olacaq
İsrail İranın neft infrastrukturuna hücum edərsə, neftin qiyməti bir barel üçün 100 dolları keçə bilər.
Publika.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin MDBMİ Universitetinin Beynəlxalq Enerji Siyasəti və Diplomatiya İnstitutunun direktor müavini, iqtisadçı İqbal Quliyev deyib.
Quliyev xatırladıb ki, İran gündəlik hasilatı üç milyon barelə çatdıraraq bərpa edə bilib. Bu həcmin təxminən 50 faizi ixrac edilir. İran neftinin tədarükü kəsilərsə, qiymətlər yüksələcək. Eyni zamanda, Xarq adasındakı əsas ixrac terminalı İran üçün xüsusi əhəmiyyət kəsb edir və Tehran ən çox onun təhlükəsizliyindən narahatdır. Çin İran neftinin əsas alıcısı olaraq qalır.
İsrailin neft obyektlərinə cavab zərbəsinə gəlincə, Quliyev hesab edir ki, onların güclü iqtisadi təsir göstərəcəyi fakt deyil. Lakin bu, iki dövlət arasında qarşıdurmanı daha da gərginləşdirəcək və genişmiqyaslı hərbi toqquşmaya çevrilə bilər. Bundan əlavə, İran dünya neft ehtiyatlarının təxminən beşdə birini təmin etmək üçün istifadə edilən Hörmüz boğazını bağlamaq imkanına malikdir.
Adəm Abbaslı
-
Qoroskop01:40Günün ulduz falı: Kompromisə getmək xeyrinizə olacaq
-
ABŞ15 İyul 23:55ABŞ İrana qarşı növbəti zərbələr dalğasına başladı
-
Nida Xəbər 15 İyul 22:32Milli Məclis təsdiqlədi - Bu dövlət rüsumu 50 manat oldu
-
Magazin115 İyul 21:00Azərbaycanlı aktrisa ana oldu
-
Ekopublika.az15 İyul 20:24Azərbaycan neftinin ən iri idxalçıları - Siyahı
-
Hadisə15 İyul 20:12Nəzarətsiz ərazidə 22 yaşlı gənc batdı
-
Kriminal15 İyul 19:20Dəhşətli qətldə təqsirləndirilənin həyat yoldaşı məhkəmədə nəyi etiraf etdi?
-
Dünya15 İyul 17:30Ərdoğanın gizli planı: Tramp Netanyahuya qarşı hərəkətə keçdi




































