İqtisadi gündəm
Azərbaycanın çaylarında suyun səviyyəsi qalxıb
Publika.Az-ın Nazirliyin rəsmi saytına istinadən verdiyi məlumata görə, Böyük Qafqazın çaylarında sululuq ongünlük normanın 60-110, Kiçik Qafqazın çaylarında 55-85, Lənkəran-Astara bölgəsi çaylarında 50-110, Naxçıvan MR çaylarında isə normanın 10-15%-ni təşkil edir.
İyunun 17-də yağan yağışlarla əlaqədar Kür çayının Qıraqkəsəmən
məntəqəsində suyun səviyyəsində 10 sm artım müşahidə olunub. Lakin
iyunun 18-də səviyyə 7 sm azalıb. Hazırda məntəqədə su sərfi 156
m3/san olmaqla, ongünlük normanın 26 faizini təşkil edir. Ötən il
isə bu rəqəm 3 dəfə çox olmaqla 457 m3/san və ongünlük normanın 77
faizini təşkil etmişdi.
Qanıx çayının Əyriçay məntəqəsində isə son günlərdə suyun
səviyyəsində nisbətən azalma müşahidə olunub. Hazırda məntəqədə su
sərfi 114 m3/san olmaqla, ongünlük normanın 67 faizini təşkil edir.
Ötən ilin eyni dövründə isə, bu göstərici 2 dəfə yüksək olmaqla 272
m3/san və ongünlük normanın 161 faizinə bərabər olmuşdu.
Kür çayının aşağı axınında suyun səviyyəsində artım müşahidə
olunub. Belə ki, iyunun 14-dən başlayaraq Surra məntəqəsində suyun
səviyyəsində 27 sm, Şirvanda 26 sm, Salyanda 20 sm, Bankədə 18 sm,
Araz çayının Novruzlu məntəqəsində isə 30 sm artım qeydə
alınıb.
Surra məntəqəsində suyun səviyyəsi 380 sm, Şirvanda 242 sm,
Salyanda 203 sm, Bankədə 235 sm, Araz çayının Novruzlu məntəqəsində
isə 100 sm təşkil edir.
Kifayət
Publika.Az
-
Avropa17:20
Fitso Putinlə görüşə gedir, vəziyyət çətinləşir - Aİ necə reaksiya verəcək?
-
Kriminal16:40
Bakıda evakuator sürücüsündən şok əməl: 15 yaşlı qızı hotelə apardı, 6 gün ərzində...
-
Region16:00
Başı özünə qarışan Makrondan Paşinyan əl çəkmir: Yenə dəvət etdi
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir
-
Dünya13:40
Trüdo baş nazir kreslosunu itirir - Görün nə ilə hədələyirlər
-
Sosial13:35
Polkovnik-leytenantın qızı Türkiyədə vəfat etdi
-
Sosial12:00
Adı ət olsa da... - Görün farş adı altında bizə nə yedirdirlər
-
Sosial11:30
Yeni qayda qüvvədə: Sələmi xatırladan kreditlərə son qoyulur?